Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək

Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək

Azərbaycanın əməkdar artısti Sevda Ələkbərzadə türk tamaşaçıları qarşısında çıxış etmək niyyətindədir.Müğənninin mətbuat katibiHicran Mehdiyevanın SIA-ya verdiyi məlumatda konsertin təfərrüatları məlum olub. Belə ki, 8-19 dekabr tarixləri arasında Türkiyənin İstanbul şəhərində keçiləcək \"WOMIST - İstanbul Dünya Musiqiləri Festivalı\" nda Azərbaycanı təmsil etmək Sevda xanıma nəsib olub. Türkiyə, Fransa, Argentina,Yunanıstan, Avstraliya, Bosniya və Hersoqovina, Bolqarıstan, Əlcəzair və Uruqvay musiqiçilərinin çıxış edəcəyi festivalda əməkdar artisti fortepianodaElçin Şirinov, tar və uddaMalik Mansurov, bas-gitaradaRuslan Hüseynov, nağarada isə Elşad Əbdülqədirovmüşaiyət edəcək. Onu da qeyd edək ki, əməkdar artist çoxdan Avropa müğənnisi olmağı qarşısına məqsəd qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə