Azərbaycanlı stilist gürcüstanlıları ayağa qaldırdı – FOTOSESIYA – VİDEO

Azərbaycanlı stilist gürcüstanlıları ayağa qaldırdı – FOTOSESIYA – VİDEO

Azərbaycanın tanınmış stilisti, bir çox müğənnilərlə işləyən Anar Ağakişiyev Gürcüstanda keçirilən Beynəlxalq Moda Həftəsində ölkəmizi uğurla təmsil edib. Bu günlərdə vətənə qayıdan məşhur stilistin moda həftəsində təqdim etdiyi şou bütün peşəkarlar tərəfindən yüksək qiymətləndirilib.

Bu barədə SİA-ya məlumat verən Anar Ağakişiyevin sözlərinə görə, moda həftəsi üçün "Bəşəriyyət" adlı çox özəl və eksklüziv şou hazırlayıb: "Mən bu şounun belə qarşılanacağını gözləmirdim. Həqiqətən də Azərbaycanımızı bu cür yüksək səviyyədə təmsil etməyimdən qürur duyuram. Baxmayaraq ki, bu həftə ərzində bir çox nömrələr nümayiş olundu, defileler keçirildi, amma məhz mənim şoum bu qədər yaddaşlarda qaldı. Məni ən təsirləndirən məqam şoum nümayiş olunan zaman hər kəsin məni ayaq üstə alqışlaması oldu. Ard-arda aldığım təkliflər də qazandığım uğurun bariz nümunəsidir".

Anar Ağakişiyev bu beynəlxalq tədbirdə iştirakına görə, Ramazziyə təşəkkürünü bildirib: "Ramazzi olmasaydı, bu tədbirdə iştirakım baş tutmazdı. Onu da bildirmək yerinə düşər ki, moda həftəsində Ramazzinin də öz şousu oldu və işləri kifayət qədər uğurla qarşılandı. Eyni zamanda mənə verdiyi aksesuarlara görə modelyer Leyla Əhmədovaya minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə