Nura Suri 2012-ci ildə 3-cü dəfə…

Nura Suri 2012-ci ildə 3-cü dəfə…

Azərbaycan səhnəsinin ən zövqlü müğənniləri sırasında olan Nura Suri son iki ildə iki albom buraxıb- "Sanki gecə idi…" və "Nəğmələrində yaşadacağam...". SİA-ya açıqlama verən Nura yeni 3-cü albomu üzərində çalışır. Hazırlanan albom 2012-ci ildə işıq üzü görəcək.

"Albom üçün artıq bir neçə mahnı hazırdır. 3-cü diskimə daxil olacaq 2 mahnının bəstəkarı Minayə xanımdır. Mahnıları radio dalğalarında eşitmək mümkündür. Onlara hazırda tələbat var. Dostum olan bəstəkar İsa Məlikovun mənə hədiyyə olaraq yazdığı mahnı da demək olar ki, hazırdır. Albomda həmçinin Muxtar Abseynovdan lirik və Faiq Sücəddinovun mənim üçün bəstələdiyi mahnı yer alcaq. Albomda olan digər bir mahnı isə Aynur Adilqızı tərəfindən ərsəyə gətiriləcək. O mahnı hazırda Samir Şirinov tərəfindən aranjeman olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə