Nigar Camal, Cenifer Lopez, yoxsa Beyons? - FOTOSESSİYA

Nigar Camal, Cenifer Lopez, yoxsa Beyons? - FOTOSESSİYA

Dünən "Eurovision 2011" mahnı müsabiqəsinin qaliblərindən biri Nigar Camal yeni klipinin təqdimat mərasimini keçirib. SİA xəbər verir ki, dünya arenasına çıxacaq "Crush on your" klipin üzərində xarici professionallar çalışıblar.

Müsiqisi Nigarın prodüseri İsa Məlikova sözləri isə Azərbaycanın "Eurovision-2010" mahnı yarışmasının seçim turunun istirakçisi müğənni Elliyə məxsusdur.

Təqdimat mərasimini açan məşhur teleaparıcı və bəstəkar Murad Arif bunun "Eurovision 2011"dən sonra Nigarın media qarşısına solo ifa ilə çıxdığı ilk hal olduğunu xatırladıb və bunu "hesabat" adlandırıb. O, dəstəyə görə mediaya təşəkkürünü də bildirib.

Yaradıcı heyyətlə birgə mətbuat konfransına qatılan Nigar Camal jurnalistlərin bütün suallarına cavab verdi . O, hər şeyə görə prodüsseri İsa Məlikova, həmçinin jurnalistlərə minnətdarlıq edib, bu cür işlərin davamlı olacağını söyləyib.

Media nümayəndələrinin gözündən qaçmayan məqam klipdə Nigarın xarici ulduzlar olan Beyons və Cennifer Lopezə bənzəməsi olub. Nigar bundan narahat olmadığını dilə gətirib.

Jurnalistlər mərasimdə iştirak edən rejissordan klipin qiyməti ilə maraqlansalar da, o, \"nə az, nə çox\" cavabını verib: "Sənətini sevən hər bir sənətçi bu klipi çəkdirə bilər. Məbləğ nə çox az, nə də hədsiz çoxdur".

Qeyd edək ki, konfransda Nigarın imici üzərində çalışan stilisti Anar Ağakişiyev və mətbuat ələqələndiricisi Feleks Vişnevedskiy iştirak etsə də, "Eurovision 2011"in digər qalibi Eldar Qasımov gözümüzə dəymədi.

Onu da bildirək ki, hazırda "Crush on your" mahnısı patensial hitdir. Mahnının treki Nigarın yaxın gələcəkdə işıq üzü görəcək debut albomunda yer alacaq.

Mahnının video klip çəkilişi Ukraynada, Kiyev yaxınlığında yerləşən bir qəsrdə aparılıb. Yeni klipin rejissoru isə "Reka-more", "Derzkiye dni", "Dostavit lyuboy senoy" kimi serialların rejissoru olmuş Aleksey Lamaxdır. Klipdə dünyaca məşhur "Digi-Digi" mahnısının ifaçısı İnusa Davuda, həmçinin "A6" şou-baletinin kollektivi də çəkilib.

Nigarın klipi Azərbaycan şou-biznesində "ARRI Alexa" kinokamerası ilə çəkilən ilk klipdir. İndiyədək Beyons, Rianna, Cennifer Lopez kimi ulduzların klipləri məhz bu telekamera vasitəsilə çəkilib. (Fotolar Türkan Məmmədlinindir).

Türkan Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə