Azərbauycanın tanınmış qruplarından olan "Qala"nın ilk albomu işıq üzü görəcək. Qrupun ən fəal üzvü Ceyhun Əliyevin SİA-ya verdiyi məlumata görə, onlar hazırda yeni diskin hazırlıq işləri ilə məşğuldurlar: "Heç kimə sirr deyil ki, pərəstişkarlar alboma o qədər də maraqlı olmurlar. Bu illər ərzində isə bizim kifayət qədər mahnılarımız yazılıb. Ancaq heç vaxt onları bir yerə toplayıb, albom şəklində hazırlamamışıq. Buna səbəb isə piratlar və internetdir. Yeni səslənmiş mahnını internetdən yükləmək albom almaqdan rahatdır. Ancaq bir məsələdə var. Albom burada lazım olmasa da, xarici səfərlərdə gərəklidir. Qonaq olduğumuz şəhərlərdə həmvətənlərimizlə yanaşı digər millətlər də albomlarımzı istəyirlər. Mahnılarmızın çox oluğundan qərara gəlmişik ki, eyni vaxtda iki albom ərsəyə gətirək".
Ceyhunun açıqlaması zamanı diqqətimizi çəkən məqamlardan biri də onun solo karyeraya başlaması oldu. Ancaq Ceyhun qrupdan ayrılmır. O, həm qrupda həm də solo çıxış edəcək: "Bu barədə qrupla danışıqlarımız olub. Bizim tək uğurumuz da, solo uğurumuz da "Qala"nın adı ilə bağlıdır. Yəni bu o demək deyil ki, qrup dağılır, qətiyyən. "Qala"nın planları çoxdur".
Qrup haqda gəzən söz-söhbətin əsasız olduğunu dilə gətirən ifaçı bu sözləri dedi: "Son günlər qulağımıza yenə də xoşagəlməz söz söhbətlər dəyir. Bizim qanunsuz fəaliyyət göstərdiymiz idda edilir. Kim hesab edir ki, biz qanunsuz fəaliyyət göstəririk, çıxsın ortaya. Şükür Allaha ki, dövlətin qanunları var, biz qanunla fəaliyyət göstəririk. Mənim boyda sənətçini qıcıqlanqdırmasınlar. Bizim qrup böyük insanlar qarşısında çıxış edir. Bu, böyük məsuliyyətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB