Lalə Məmmədova Hollandiyaya yollanır-FOTO

Lalə Məmmədova Hollandiyaya yollanır-FOTO

Bu yaxınlarda Mirzə Fətəli Axundovun həyatından bəhs edən "Sübhün səfiri" filmində epizodik rolda çəkilən əməkdar artist Lalə Məmmədova bununla yanaşı tamaşada da çıxış edəcək. Müğənni noyabrın 20-də Hollandiyanın Rotr-Damm şəhərində "Bakı" restoranının açılışında iştirak edib. Sənət yoldaşı İlqar Muradovla birgə dəvət aldığı tədbirdə əsasən milli musiqilərimizi və muğamlardan parçalar ifa edən müğənnin SİA-ya bildirdiyinə görə açılışının rəsmi hissəsində Rusiya, Türkiyə, Azərbaycan, Pakistan, Ukrayna və Niderland Parlamentinin deputatları da çıxış edib.

Bundan əlavə Lalə Məmmədovanın Avropaya daha bir səfəri reallaşacaq. Beləki müğənni dekabrın 1-5 arası Norvecin Oslo və Stavanqer şəhərlərində təşkil olunacaq konserlərdə iştirak edəcək. Sözügedən konsertlərdən birində Oslo şəhərinin meri və məşhur səyyah Tur Heyerdalın oğlunun da iştiraki nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə