Jurnalistlərin qarşısında baş əyən Nadir Qafarzadə 50 min avronu nəyə xərcləməyə hazırlaşır? - FOTOSESSİYA

Jurnalistlərin qarşısında baş əyən Nadir Qafarzadə 50 min avronu nəyə xərcləməyə hazırlaşır? - FOTOSESSİYA

Bu gün paytaxtın əyləncə məkanlarının birində müğənni Nadir Qafarzadə media nümayəndələrini başına toplayaraq mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, ifaçı yeni və olduqca fərqli klipini təqdim edib.

O, sözləri Rusiyanın əməkdar artisti, tanınmış şair Simon Osiaşvili, musiqisi Anatoliy Zubkova məxsus "Сердце бьётся" ("Ürək döyünür") adlı mahnını Latviyanın peşəkar rejissorlarından biri Jerry Pavlov tərəfindən lentə alınmış klip çəkdirib.

Sözügedən klipi üçün Latviyada bir çox fərqli məkanlar seçən Nadir Baltik dənizin sahilləri, Riqa, Yurmala kimi əzəmətli şəhərlərin gözəl mənzərələri kimi məkanlarda olub. Çəkiliş üçün Riqanın əsas model agentliyindən 50-60 model xanım dəvət olunub. Ən son texniki avadanlıqların köməyi ilə çəkilən klipin operatoru Feliksas Abrukauskasdır. Feliksas Latviya ilə yanaşı, Liviyanın da bir nömrəli operatoru kimi tanınır. Ümumi hazırlıq 5-6 ay vaxt aparsa da, çəkilişlər 1 həftə ərzində intensiv şəkildə aparılıb.

Jurnalistlərə açıqlaması zamanı Nadir klipi ərsəyə gətirməq məqsədilə teleaparıcı Emin Musəviyə müraciət etdiyini açıqlayıb. Məhz E.Musəvinin təşkilatçılığı və səyi nəticəsində Nadirin arzu etdiyi klip yaranıb: "Mən gələcəkdə də bir peşəkar olaraq Emin Musəvinin məsləhətlərindən yararlanacağam. Çünki onun iş təcrübəsinə və yüksək zövqünə güvənirəm".

Nadir onu da qeyd edib ki, sözügedən klipə 20 min avro vəsayit ayrılıb. Klipin isə Rusiyanın Ru.TV telekanalında gündə 4 dəfə yayımlanacaq. Bunun üçün isə müğənnidən 50 min avro tələb olunur : "Hazırda Ru.TV telekanalının rəhbərliyi ilə danışıqlar aparırıq.
İstəyirik ki, qiyməti 50 min avrodan bir az aşağı salaq. Qoy bizim müğənnilərimiz də nəhayət, Azərbaycandan kənarda tanınsınlar".

Söhbət əsnasında müğənni gələcəkdə türkiyəli rejissor Can Bayana müraciət edəcəyini bildirb. Söyləyib ki, ifa etdiyi mahnılarından birinə Türkiyədə klip çəkdirəcək: "Bundan başqa, mən Hollivudda da klip çəkdirmək istəyirəm. Təbii, bu mənim arzumdur. Amma arzumun reallaşması üçün gecə-gündüz çalışacağam".

Tədbirin sonunda "Сердце беться" nümayiş olunub. Yüksək peşəkarlığə ilə seçilən klipdə yeganə qüsur N.Qafarzadənin rus dilində ifa etdiyi mahnının sözlərini aksentlə tələffüs etməsi olub: "Yəni aksentimi aradan qaldırmaq üçün yanımda rus dilini bilən, düzgün tələffüsümə yardımçı olacaq adam olmadığına görə belə alınıb. Düşünürəm ki, mahnını aksentlə oxumağım daha təbbi alınıb, mahnıya gözəllik verib".

Jurnalistlərin klipi bəyənməsi isə müğənni sevincinə səbəb olub. Media nümayəndələrinin qarşısında baş əyməkdən çəkinməyən Nadir bu sözləri dedi: "Baxmayaraq çoxlarınız məndən böyüksünüz, ancaq mənə göstərdiyiniz dəstəyə görə qarşınızda baş əyirəm".

Medianın gözündən qaçamayan məqamlardan biri də o oldu ki, mətbuat konfransında televiziya kanalları azlıq təşkil edirdi: "Xəzər TV məni qara siyahıya salıb. Səbəb isə qonşu kanalda qardaş Türkiyə haqda səsləndirdiyim fikirlər olub. Ancaq mənim fikrim Türkiyəni düşmən kimi təqdim etmək deyil. Məni düzgün başa düşmədilər".

Qeyd edək ki, klipin rejissoru olan Jerry Pavloff həm də Azərbaycan haqqında film çəkib. Həmin film dəfələrlə həm Latviya telekanallarında, həm də Azərbaycanın İTV və ATV kimi telekanallarında nümayiş olunub. Pavloff eyni zamanda Latviyanın böyük maraqla izlənilən irihəcmli verilişlərin ərsəyə gəlməsində iştirak edir. Son iki ildə "Eurovision" mahnı müsabiqəsində Latviyanın tanıtımı üçün çəkilmiş çarxların rejissorudur. Başda Rusiyanın tanınmımış sənətçiləri olmaqla, o, Avropada qəbul olunan əksər ulduzlarla əməkdaşlığını davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə