Qısqanclığından öz “albomunu” yeyən Xatun-FOTOSESSİYA

Qısqanclığından öz “albomunu” yeyən Xatun-FOTOSESSİYA

"Limitin bitdi" adlı ilk albomunu mediaya təqdim edən məşhur müğənni Xatunun dünən doğum günü idi. Dünyaya gəldiyi günü ilk olaraq mətbuat nümayəndələri ilə qeyd edən ifaçı həmin gün nə edəcəyini hələ dəqiq bilmirdi. Açıqlaması zamanı "yığışsaq, ən doğma insanları dəvət edəcəm" deyən müğənni bir neçə gün öncə jurnalistlər üçün hazırladığı tordun üzərində elə ilk diskinin adını daşıyan "Limitin bitdi" adlı "uydurma" albomu yerləşdirib.

Albom formalı un məmulatını ilə bolluca şəkil çəkdirən müğənni sonda dözə bilməyib "diski" yedi.

Elə jurnalistlərə açıqlaması zamanı "Mən eqoist və qısqancam" deyən müğənni çəkilən şəkillərlə öz albomunu özü yeməklə sözlərini təsdiq etmiş oldu.

Biz də öz adımızdan Xatunu tədbirk edib uzun ömür və yaradıcılıq naliyyətləri arzu edirik.

Qeyd edək ki, ad gününün keçib-keçməməsini soruşmaq məqsədi ilə müğənni ilə əlaqə saxlasaq da, bir nəticə əldə olunmadı. Belə qənaəyətə gəlmək olar ki, ad günü baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə