Azərbaycanın gənc müğənnisi Leyla Ramazanlı dayanmadan işləyir. Müğənninin mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi xəbərə görə, bir neçə gün öncə musiqisi İsmail Əsədova, sözləri Arzu Əsədova məxsus "Sev məni" mahnısına klip çəkdirən Leyla artıq yeni klipinin çəkilişlərinə başlayır.
Dekabr ayında çəkiləcək və sayca müğənninin 12 klipi olan mahnıda əsas sujet xətti məhəbbət üzərində qurulub. Musiqisi Minayə xanıma, sözləri Arzu Əsədova məxsus "Gələcəksən" adlı mahnının klip çəkilişləri gələn həftədən başlayır.
Qeyd edək ki, klipinin rejissoru yenə də Leylanın doğma bacısı Xavər Ağamaliyeva olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB