Tanınmış stilist Azərbaycanı Gürcüstanda təmsil edəcək

Tanınmış stilist Azərbaycanı Gürcüstanda təmsil edəcək

Azərbaycanın tanınmış stilisti, bir çox müğənnilərlə işləyən Anar Ağakişiyev Gürcüstanda keçiriləcək Beynəlxalq Moda Həftəsində təmsil olunacaq. Bu barədə SİA-ya məlumat verən stilist bildirib ki, bu möhtəşəm moda həftəsində o, Azərbaycan adından xüsusi şou nümayiş etdirəcək: "Bu moda həftəsində Azərbaycanın adından çıxış etməkdən qürur hiss keçirirəm. Bu olduqca önəmlidir və Gürcüstana məhz mənim dəvət olunmağım gözəl bir hadisədir. Bu moda həftəsi üçün çox özəl və eksklüziv şou hazırlamışam və ölkəmizi layiqincə təmsil etmək borcumdur".

A.Ağakişiyev sözügedən moda həftəsində iştirak etmək üçün sabah Gürcüstana yola düşəcək. Stilist üç gündən sonra Vətənə qayıdacağını bildirib. Beynəlxalq Moda Həftəsində Türkiyədə yaşayan modelyer Ramazzi də təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə