Xatun bu qarlı havada “Limitin bitdi” dedi-FOTOSESSİYA

Bu gün müğənni Xatun "Limitin bitdi" adlı ilk albomunu media nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, mətbuat konfransına qardaşı Balaşla birgə qatılan müğənni həm də ad gününü qeyd etmiş oldu. İlk albomundan ağızdolusu danışan Xatun yeni www.xatun.az saytını da təqdim etdi. Saytın yaradıcısı isə tanınmış prodüser Hüseyn Cavadzadədir.

Albomun adını daşıyan "Limitin bitdi" mahnısının sözləri jurnalist Elşad Ümidə, musiqisi isə müğənninin özünə aidir.

16 mahnını özündə birləşdirən diskin üzərində olan şəkil isə heç müğənniyə bənzəmirdi.

"Bu cür soyuq havaya və qara baxmayaraq gəlmisiniz. Bunun üçün sizə sonsuz minnətdaram. Açığı inanmırdım ki, gələcəksiniz. Ancaq çox sağ olun" sözləri ilə mətbuat konfransına başlayan müğənniyə sonrada mətbuta katibi Tahirə Məmmədova da qoşuldu.

Tahirə çıxışı zamanı qeyd etdi ki, Xatun şou-biznesə qoşulmadan və tanınmadan öncə 12 mahnı ifa edən 3 müğənni sırasına daxildir.

Jurnalistlərin qarşısında bir çox məsələləri etiraf edən Xatun şəxsi həyatı barədə də söz açdı. Məhz şəxs həyatından söz düşən zaman gözləri dolan müğənni bu sözləri dedi: " Mən heç vaxt şəxsi həyatımla bağlı qalmaqallarla gündəmə gəlmək istəməmişəm. Ancaq hərdən elə istəyirəm ki, satıcıya və ya taksi sürücüsünə qəlbimi boşaldım. Ancaq axı bu elə şəxsi həyatdır ki, gizli qalmalıdır".

Müğənni həmçinin ona dəstək olmaq üçün mətbuat konfransına qatılan qardaşı, stilist Balaşdan da söz açdı: "Mən sonsuz təşəkkürümü qardaşım Balaşa bildirirəm. Mənim sənətə gəlməyimdə onun sonsuz əməyi var. Hər işimdə mənə dəstək olan məhz qardaşımdır. Onu heç bir pullu sponsor əvəz edə bilməz".

Qeyd edək ki, müğənnin saç düzümü qardaşı Balaşa məxsus olsa da, geyimi üzərində stilist Şəlalə məşğul olub.

Konfransın sonunda müğənni bu ayın 28-si keçirəcəyi ad günü münasibəti ilə tort kəsdi: "Bütün jurnalistləri sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə