Cazibədar aparıcı: “Həyatımda o qədər də açıq-saçıq...”-MÜSAHİBƏ-FOTOSESSİYA

Cazibədar aparıcı: “Həyatımda o qədər də açıq-saçıq...”-MÜSAHİBƏ-FOTOSESSİYA

Lider TV-də yayımlanan "Qızıl pillə" verilişinin aparıcıs; Zemfira Adıgözəlova SİA-ya müsahibə verib.


- Zema, bizim saytlar səndən əl çəkiblər, indi də erməni saytlarının gündəmini almısan. Səndən yazırlar. Sərt tənqidlərdən bezməmisən?


-Normal baxıram. Hətta gülüşlə qarşılayıram. Bəli, erməni saytları mənim haqqımda yazıblar. Yazıblar ki, nə əcəb Azərbaycanda Anfisa Çexovanı təbliğ ediblər. Mənə qəribədir ki, biz onların tele-kanallarını, müğənnilərini tanımırıq. Ancaq onlar bizim jurnalistlərimizə qədər tanıyırlar. Deməli, bunlar kliplərimizlə kifayətlənməyərək, hətta ssenarilərimizi də oğurlayırlar. Bir gündə eşidəcəyik ki, erməni kanallarında yeni Zema meydana gəlib. Ancaq o Zemanın sadəcə obrazı ola bilər. Özü isə heç vaxt.


-Deyəsən, Azərbaycan teleməkanını fəth edən aparıcımız əcnəbi kanallara da iddialıdır?


-Mən gedəndə hamınız biləcəksiz. Çünki ordan materiallar gətirəcəm. Bununla kifayətlənmək istəmirəm. Bir nəfərlə çıxış elədim, əl çaldılar. Daha sonra isə kanallar göstərdi, saytlar yazdı. Bir həftədən sonra isə yaddan çıxacaq. Heç kimin yadına belə düşməyəcək. İstərdim ki, Azərbaycanla bağlı xarici ölkədə yenilik olaraq veriliş açım. Azərbaycan da nəsə bir təkan olsun. Hal-hazırda danışıqlar gedir. İstəmirəm ki hamı kimi eyni kanalda və eyni obrazda qalım. O birilərindən seçilməliyəm.


-Sən elə əksər aparıcılardan seçilirsən də. Açıq-saçıqlığa üstünlük verirsən.


-Gündəlik həyatımda o qədər də açıq-saçıq geyimlərə üstünlük vermirəm. Efirdə obrazıma uyğun olaraq geyinirdim. O, demək deyil ki, bütün ili kübar kimi geyinməliyəm. Ola bilər daha sonra başqa cür geyinərəm. Sport stildə, hətta şortda belə görə bilərlər. Məni hər zaman divanda əyləşərkən görüblər. Ancaq indi məkan çox fərqli olur. Tamaşaçıların marağına səbəb olan məkanda verilişimizi çəkirik.


-Hiss edirsən ki, cazibədar xanımlar sırasında adının olması bəzi məşhur xanımlarımızda qıcıq yaradır? Axı şou-biznesin cazibədar xanımlar siyahısı artır.


- Hə, müğənnilər fikirləşəcək ki, cazibədar xanımlardan biri də artdı. Onsuzda əvvəlcədən bir-birlərini qırırdılar. Hərənin özünün şarmı və pərəstişkarı var. Təbii ki, mənim pərəstişkarım müğənninin pərəstişkarı qədər ola bilməz. Mən özümü müğənnilər sırasında yox, aparıcılar sırasında görürəm. Amma sağlam rəqabətin olmasını çox istərdim. Bəzi aparıcılarımızı danışıqları ilə, bəzilərini isə geyimləri ilə tanıyırlar. Yaxşı aparıcılarımız barmaqla sayılası qədərdir. Amma onu bilirəm ki, Azərbaycan televiziyasında böyük addımlar atdım.


- Məncə, sən çox risqli xanımsan?


- Uşaqlıqdan risqli olmuşam. O vaxtlar radioya müsabiqəyə getmişdim. Orada bizim aparıcılıq səs tembirimizi yoxlayırdılar. Müsabiqəyə 15-16 nəfər gəlmişdi. Ancaq mən onlardan fərqli olaraq içəri birinci özüm girmişdim. Həmişə gözümü yumurdum, deyirdim nə olacaq-olacaq. Məktəbdə oxuyan zaman qızlar arasında idman yarışları keçirilirdi. Həmin yarışlarda hər zaman birinci olmuşam.


- Deyəsən, indi də birinci olmağa çox iddialısan?


- Gəlin, bu iddia haqda danışmayaq. O biriləri də baş qaldıracaq. Azərbaycan tele-məkanında birinci olmaq çox çətindir. Ancaq düzdür, iddiam birinci olmaqdır. Əslində mənim fikrim sözün əsl mənasında qızıl pillədə olmaqdır. Mən bütün həmkarlarıma uğurlar arzu edirəm.


-Bəs birinci kimdir?


-Deyə bilmərəm kimliyini. Ancaq onu deyə bilərəm ki, birinciliyi əldə edən adamı hər zaman sevmişəm. Həmişə fikirləşmişəm ki, nəsə yenilik edim. Paltar və ya aksesuar alan zaman istəmişəm ki, aldığım ancaq məndə olsun. Bu gün beş aparıcının adını çəksəm, başqa aparıcılar deyəcək ki, məni saymırsan? Səhəri gün bir-birimizi görəndə üz döndərməyək. Üzümə gülən o qədər adam var ki, ancaq sonra saytlara baxıram ki, məni tənqid edirlər. Atmacalar atırlar. Sosial şəbəkələrdə mənə qarşı tənqidlər yazırlar. Məndə onlara normal cavab verirəm. Bir insan mənim gözümdə yalan danışmaq və ikiüzlülük etməklə alçala bilər.


-Ətrafında belə insanlar var?


-Əlbəttə var. Bütün insanların ətrafında yaxşı və pis insanlar var. Necə ki, çiynimizdə müsbət və mənfi mələklərimiz varsa, həyatımızdakı insanlar da elədir. Təəssüf ki, insanlar o mələkləri yaddan çıxarırlar. Bütün peşələrdə yaxşı və pis insanlar var. Həkimlərin, müəllimlərin bir sıra peşələrin arasında olduğu kimi şou-biznes aləmində də var. Müğənnilər kamer və ya mikrafon görən kimi bir-birlərinə atmacalar atırlar.


-Çox maraqlıdır, səni görən hər kəs eyni fikrə gəlir. Zemfira rahatlıqla soyuna bilər.


-Soyunmaqla reytinq qazanmaq istəmirəm. Soyunmamışam sadəcə olaraq o mühiti yaratmışam. Bu yaxında jurnalların birində fotossesiyalarım çıxmışdı. Jurnala baxan saytlardan təklif gəldi ki, həmin şəkilləri saytlara verim. Jurnal oxuyucusu buna hazırdı. Mənim fikrimcə, sayt oxuyucusu buna hazır deyil. Mənim əgər verilişimə mənfi münasibət bəslənirsə, şəkillərimə münasibət heç də yaxşı olmaz.


-Bəs soyunsan nə baş verər?


-Mənə elə gəlir ki, heç nə baş verməz. Qız tamaşaçım var. Mənə deyir ki, sənin verilişin gedəndə evdə anamla-atam dalaşır. Anam deyir ki, bu qız heç kimi bəyənmir. Atam da əsəbləşərək deyir ki, səsini çıxartma, qıza baxıram, ondan bir dənədir. Mən bu sözləri eşidəndə o qıza cavab olaraq nə deyim axı? Kiminsə anasına görə, efirdən çıxım? Qız deyir ki, məndə atama qoşulub sənə baxıram. Bir dəfə veriliş gedən zaman mühafizə mənə dedi ki, bir qız artıq 6 dəfədir ki, mənə görə zəng edir. Telefonu götürdüm deyir ki, "Siz niyə elə danışırsız? Niyə elə geyinirsiz ki ? Axı nişanlım sizə baxır". Məndə dedim ki, nişanlına de mənə baxmasın. Deyir, bizim veriliş gedəndə nişanlısı telefonuna cavab vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə