Bu gün yerli mətbuatın gündəmində Azərbaycanın tanınmış müğənnisi Samir Bağırovun evlənmək məsələsi olub. SİA xəbər verir ki, gəzən şaiələrə görə, müğənnin nigah mərasimi bu gün baş tutacaq.
Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, müğənni 10 illik pərəstişkarı ilə ailə həyatı qurur. Uzun illərdir müğənnini sevən fanat onu olduğu kimi qəbul etdiyi üçün Samir məhz onunla evlənməyə qərar verib. Bu zaman ərzində Samirin yanından ayrılmayan xanım pərəstişkar evlənmək təklifini özü edib. Samir nigah mərasimi üçün hətta anasının belə ABŞ-dan gələcəyi deyildi.
Məsələyə aydınlıq gətirmək üçün Samir Bağırovla əlaqə saxladıq. Müğənni telefona cavab verən zaman məlum oldu ki, o, yatmışdı: "Nə evlənmək? Mən yatıram!"-deyərək yenidən yuxuya getdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB