Müasir “Leyli və Məcnun”a çəkilməkdən məmnun olan müğənnilər-FOTOSESSİYA
Bu gün "İrəli Gənclər Mərkəzində" "Leyli və Məcnun" layihəsinin video çarxının və www.leylimajnun.az saytının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə layihənin müəllifi və rəhbəri, Mədəniyyət və Turizim Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev, "İrəli" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, layihənin koordinatoru Niyaz Əliyev, həmçinin layihənin baş rol ifaçılarından müğənni Natavan Həbibi, Elnur Məmmədov, Azad Şabanov, reper Elşad Xose, rəqqasə Oksana Rəsulova və bəstəkar MC Murad iştirak ediblər.
"Əfsanə geri dönür" şüarı altında gerçəkləşdirilən layihənin məqsədi qədim Azərbaycan motivləri əsasında yazılmış "Leyli və Məcnun" poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir. Musiqili tamaşa Nizami Gəncəvinin eyni adlı poemasına uyğun olaraq "Leyli və Məcnun" adlanır.
Minlərlə tamaşaçının böyük həyacanla gözlədiyi tamaşanın rəqslərinə ABŞ –ın Çikaqo ştatında olan istedadlı xoreqraf Çarlz Laurens tərəfindən muzikl üçün quruluş veriləcək rəqsləri Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcəkdir.
Daha müasir formada tamaşaçılara təqdim olunacaq "Leyli və Məcnun"nun hazırlıq prosesləri 2 aydan çoxdur davam edir.
Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atasının rolunun xalq artisti Alim Qasımov, Leylinin atasının rolunu meyxana ustası Ağamirzə, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəbi isə Oksana Rəsulova canlandırır.
Lakin tamaşaya bəzi əlavələr də də olub. Belə ki, rejissor "Şeytan" obrazını tamaşanın musiqi və aranjemanlarının müəllifi MC Murad, "Günəş adamı" obrazını isə Natiq Şirinov canlandıracaqlar.
Təqdimat mərasiminə qatılan məşhur simalar isə aldıqları rollardan məmnun qaldıqlarını dilə gətirdilər. Natəvan Həbibi qeyd edib ki, o, bu tamaşada özü üçün deyil, vətəni üçün çəkilib: "Bəzi dövlətlər bizim Nizami Gəncəvini öz şairləri kimi təqdim edirlər. Ancaq biz istəyirik ki, onlar bilsinlər, Nizami Gəncəvi bizim şairimizdir".
Elnur Məmmədov isə çəkilişlərdən zövq aldığını açıqladı: "Həmkarlarım çəkildiyi zaman kənardan onları izləyirəm. Mənə çox zövq verir. Sevinirəm və qürurlanıram".
Onu da qeyd edək ki, tamaşanın quruluşcu rejissoru və ssenari müəllifi İradə Gözəlova, quruluşçu rəssamı Rəşad Ələkbərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB