Çingiz Mustafayevin “Qaranlıq otağ”ı-FOTOSESSİYA

Çingiz Mustafayevin “Qaranlıq otağ”ı-FOTOSESSİYA

Dünən paytaxtın əyləncə məkanlarının birində müğənni, bəstəkar və gitara ifaçısı Çingiz Mustafayev yeni mahnısına çəkilmiş video-klipinin təqdimat mərasimini keçirib.

SİA-nın məlumatına görə, mərasim təqdim olunan kliplə başladı. "Qaranlıq otaq" adlı mahnısının musiqisi və sözləri Çingizin özünə, aranjımanı isə Azad Vəliyeva aiddir.

Mahnı flamenko üslubunda yazılıb, arajımanda isə canlı alətlərin ifasından istifadə olunub. Həsrətə, yalnızlığa həsr olunan "Qaranlıq otaq" mahnısının klipi ssenariya uyğun seçilmiş üç məkanda lentə alınıb.

Klipin rejissoru Mehram İsmayılzadə, səs rejissoru Azad Bədələv, ssenari müəllifi Ağamehdi Abidov, icraçı direktor Vüqar İslamzadə, foto-direktor Cavid Hüseynovdur. Qrim və saç düzümü Elnur Həsənov, Ülviyyə Nağızadə və Tural Əhmədova məxsusdur. Klipdə model Alina Gontareva (Fashion Model school by Lyubov Gutorova) çəkilib.

Mərasimdə şou-biznes əhli çoxluq təşkil edib. Çingizi təbrik etmək üçün əməkdar artist Ədalət Şükürov, müğənnilər Rəhim Rəhimli, Zamiq Hüseynov, Günay İbrahimli, DJ Cİn, "OK" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli və digərləri qatılmışdı.

Gecənin aparıcı hər zaman fərqli obarı ilə seçilən Hüsniyyə Məhərrəmova idi.

Klipin təqdimat mərasimindən sonra Çingiz konsertlə də çıxış etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə