Qalmaqallı stilist: “Ona görə, edirəm ki, insanlar məni pozğunun biri sanmasınlar” - AÇIQLAMA
Azərbaycanın ən qalmaqallı stilisti Samir Əliyev tez-tez xarici görünüşündə dəyişikliklər edir. Obrazlarını dəyişməkdən çəkinməyən Samir SİA-ya açıqlama verib. Stilist bildirir ki, o, xarici görünüşünü dəyişdiyi kimi həyatını da dəyişməyə çalışır: "Həyatımda çox şeylər dəyişib. Evimi, işimi və xasiyyətimi dəyişdim. Başa düşdüm ki, həyatda bu yollardan çox keçmişəm. Keçdiyim imtahanlar mənə əsl kamilliyi öyrətdi. Kamil olmaq isə dəbli insan üçün önəmlidir. Axı mən dəbi diqtə edənlərdənəm.
Bilirəm ki, imicim insanları çox qıcıqlandırır. Məni 10 % istəmirdilərsə, indi 50 % olacaq. Amma nə edirəmsə insanlar üçün edirəm, özüm üçün yox. Özünə qapanan biriyəm. Amma mənim belə görkəmim içimdən gələn bir hissdir. Ona görə, edirəm ki, insanlar məni pozğun biri sanmasınlar. Həyatda hər cür insan var, heç kimi qınamaq olmaz. Bəlkə də mən rəqqas və müğənni olsaydım daha çox gündəmdə olardım. Mənim hər hərəkətim, geyimim və özümü aparmağım partlayışdır. Amma mənim üçün çox çətindir, tək insanam. 9 milyon insan qarşısına çıxıram. İnsanların qarşısına çıxmaq hər bir kişinin işi deyil. Mən heç vaxt özümə demirəm ki, bir nömrəyəm. Azərbaycana çox şeylər eləmişəm. Çox istərəm ki, ildə 3 dəfə kolleksiyamı buraxardım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB