Ağadadaş Ağayev hansı xanım həmkarı ilə şərik oldu?

Ağadadaş Ağayev hansı xanım həmkarı ilə şərik oldu?

Azərbaycanın xalq artisti Ağadadaş Ağayev 10 ilə yaxındır ki, oxuduğu musiqisi Kamala sözləri Baba Vəziroğluna məxsus "Gecdir daha" mahnısına müğənni Ayan Babakişiyeva da şərik çıxdı.

Bu barədə SİA-ya Ayan özü məlumat verib.

Ayan onu da əlavə edib ki, o, yeni il ərəfəsində musiqisevərlərinə maraqlı mövzu ilə sürpriz edəcək. Belə ki, sözləri və musiqisi Xanım İsmayılqızıya aid olan "Ya ona dön, ya məni sev" mahnısını oxuyub: "Mahnının olduqca gözəl mövzusu var. Əminəm ki, bir çoxları bu düşüncədədirlər. Sevgi qətiyyət istəyir".

Ayan onu da əlavə edib ki, Xanım İsmayılqızı ilə daha bir neçə mahnı üzərində çalışırlar.

Müğənni mahnıya klip çəkdirməyi düşünür. Klip üçün o, bir neçə rejissordan təklif alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə