İlk “Mister Azərbaycan” və Brilliant Dadaşovaya heyran olan Beyrutun məşhur modelyeri-FOTOSESSİYA
Azərbaycanın ilk "Mister Azərbaycan"ı, "Best Model of Azerbaijan" müsabiqəsinin qalibi, Rüfət İsmayılov Beyrutun məşhur modelyeri Muhamməd Əl Məzinin yeni kolleksiyalarının reklam siması seçilib.
Türkiyədə yaşayan model özü bu barədə SİA-ya
məlumat verib.
O deyib ki, sözügedən modelyerlə tədbirlərin
birində tanış olub: "Muhamməd mənə təklif etdi ki, Beyrutda onun yeni
kolleksiyasını nümayiş etdirəm. Yaxın vaxtlarda Beyrut telekanalında mən onun
kolleksiyasını nümayiş etdirəcəm. Modelyer mənə 4000 dollar məbləğində bahalı,
avanqard pencək bağışlayıb".
Rüfət İsmayılov onu da qeyd edib ki, beyrutlu
modelyer Bakıda mağaza açmağa hazırlaşır: " Ola bilsin ki, Muhammədin
geyimlərinin qadın siması xalq artistimiz Brilyant Dadaşova olsun. Modelyer o
xanıma heyrandır. Xalq artistimiz beyrutlu modelyerin geyimlərini geyən ilk
azərbaycanlı xanım olacaq. Qeyd edim ki, qız kolleksiyalarının nümayişi Bakıda
yüksək səviyyədə keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB