Azərbaycanlı model İstanbulda keçirilən yarışmada "Adını Feriha koydum" serialında Emir rolundan tanıdığımız Çağatay Ulusoy, Okan Bayülgen, Tolga Karel və digərləri ilə birlikdə bu il üçün Türkiyənin ən yaxşı modellərini seçiblər. "Best Model Turkey 2011" adına Furkan Palalı və Tuba Melis Turk layiq görülüblər. Bu barədə SİA-ya Günay Musayevanın Azərbaycan üzrə mətbuat katibi Ülvi Hadiyev (Şaba) məlumat verib. Onun sözlərinə görə, Günay Musayeva seçimlərin düzgün aparıldığını və qalibin obyektiv qiymətləndirildiyini bildirir. Yarışmanın builki münsiflər heyətində əsasən dəb sahəsində çalışan peşəkarlar var idi. Günay Musayeva gecəyə modelyer Tolga Çamin onun üçün hazırladığı xüsusi geyimdə qatılıb.
Qeyd edək ki, Furkan Palalı Günayın çalışdığı model agentliyində işləyir. "Selin Borankayas Management" Türkiyənin ən yaxşı model agentliyidir. "Best Model Turkey 2010"un keçənilki qalibi Çağatay Ulusoy da həmin agentlikdə çalışır.
"Best Model of the World 2011" yarışmasına gəlincə, müsabiqə bu il dekabrın 9-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB