Amerikada yaşayan həmyerlimiz “Eurovision- 2012”-ə hazırlaşır-FOTO

Amerikada yaşayan həmyerlimiz “Eurovision- 2012”-ə hazırlaşır-FOTO

Bu il "Eurovision- 2012" Mahnı Müsabiqəsinin milli seçimlərinə qatılan Amerikada yaşayan azərbaycanlı müğənni Yan Kaş yeni mahnı yazıb.

Bu barədə SİA-ya məlumat verən müğənni deyib ki, mahnı "Max Studio"-da yazılıb: "Mahnının musiqisi Qarik Kriçevskiyə aiddir. Bu, ingilis dilində olan "Planovaya" mahnısının remeykidir. Mahnını amerikalı reper Brayan Starla birlikdə ifa etmişik".

İfaçı mahnını "Eurovision-2012" Mahnı müsabiqəsinə hazırlıq kimi qiymətləndirib: "Seçimə bu mahnı ilə qatılmağı düşünmürəm, lakin bu mahnının şanson həvəskarı kimi yazmışam. Bu sadəcə müsabiqəyə hazırlıq mərhələsidir. Müsabiqə üçün isə bir sıra yaxşı kompozisiyalar hazırlamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə