Dünən paytaxt restoranlarının birində Azərbaycan mətbuatının iki nümayəndəsi ailə həyatı qurdu. SİA-nın məlumatına görə, "İki sahil" qəzetinin müxbiri Orxan İsrafilov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Carçı" xəbərlər departamentinin əməkdaşı Ruhiyyə Qasımovanın nigah mərasimi baş tutub.
Mərasim toydan çox şou-proqrama bənzədi. Bir çox tanınmış müğənnilərin iştirakı ilə baş tutan nigahda televiziya əməkdaşları və media nümayəndələri çoxluq təşkil edib.
Cütlüyü təbrik etmək üçün bir çox televiziya kanalları çəkiliş təşkil etmişdi. Bununla yanaşı tanınmış şou-biznes nümayəndələri təşrif buyurmuşdu. İlk ifaçı isə Nüşabə Ələsgərli oldu. Sonra isə Nazənin, Sevinc Ağaşirova, Xuraman Şuşalı, Günel Ələkbərova, Sevda Yahyayeva, "Tin uşaqları" qrupu və b.
Mikrafon üstündə az qala dava gedən toy olduqca şən keçdi. Mərasimi aparan isə tanınmış jurnalist Şahin Cavadsoy idi.
Biz də Səs İnformasiya Agentliyinin adından cütlüyə xoşbəxt həyat arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB