Hande Yenerin Bakı konsertinin biletləri “su qiymətinə” satılır
Bu gün "Baku Karting"də konsert proqramı ilə çıxış edəcək Türkiyənin məşhur müğənnisi Hande Yener saat 19:30-da Türk hava yollarının təyyarəsi ilə Bakı hava limanına eniş edəcək.
SİA-nın məlumatına görə, paytaxtımıza təşrif buyuracaq müğənni dərhal konsert salonuna gedəcək. Saat 20:00-da başlayaraq konsert səhərədək davam edəcək.
Türkiyəli ulduz səhnədə tək deyil 3 ölkənin Dj-ləri ilə çıxış edəcək. Bir çox sürprizlərin gözlənildiyi konsertdə yerli sənətçilərimizin tamaşaçı qismində dəvət olunublar.
Onu da vurğulayaq ki, qalan biletlər çox ucuz, 20 manatdan satılır. Artıq çox az bilet qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB