Ramalın gecikən etirafı: “Yalan deyil”-VİDEO

Ramalın gecikən etirafı: “Yalan deyil”-VİDEO

Azərbaycanın tanınmış müğənnisi Ramal İsrafilovun yaradıcılığında yenilik var. O, ən son yazdırdığı mahnını sevənlərinə təqdim edib. Bu barədə SİA-ya mahnının söz müəllifi Ülviyyə Alovlu məlumat verdi: "Yalan deyil" mahnısı artıq 2 il idi ki, yazılmışdı. Amma Ramalı studiyaya salıb oxutdurmaq imkanım olmurdu. Nəhayət, bu istəyimə məcburiyyətlə də olsa, müyəssər oldum" – deyə, şairə təbəssümlə açıqladı.

Ülviyyə həmçinin Ramalın növbəti işlərindən də danışdı: "Bilirsiniz ki, bu mahnı mənim Ramalla ilk işim deyil. Həm də son deyil. Tezliklə dinləyicilərə Ramalın gözlənilməz bir duet ortağı ilə qeyri-adi mahnısını təqdim edəcəyik. O mahnının da sözləri mənə, musiqisi Ramalın özünə aiddir. Mahnı 2012-ci ilin ən yaddaqalan mahnısı olmağa iddialıdır".

Sözügedən mahnını ilk olaraq oxucularına təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə