Hollivudda bir çox tanınmış xarici ulduzların "Məşhurlar küçəsində" adları yazılmış ulduzu həkk olunub. Bu dəfəki şəxsi ulduz isə 1977-ci ildə 2 fevral tarixində anadan olan kolumbiyalı məşhur müğənni Şakiranın (əsil adı İzabel Mebarak Rippol) payına düşdü. Bir neçə dəfə \"Grammy\" mükafatı ilə təltif olunan müğənninin bu bayramsayağı təqdimat mərasimində yüzlərlə pərəstişkarı iştirak edib. Müğənni isə öz növbəsində üzünü pərəstişkarlarına tutaraq \"Gəldiyiniz üçün mən sizin hamınıza təşəkkür edirəm\" söyləyib.
Qeyd edək ki, 2010-cu ildə 50 yaşını tamamlayan məşhurlar küçəsi Los-Ancelesin şimal-şərqində yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB