Müğənnilər xalqımızı Qurban bayramı münasibəti ilə təbrik ediblər-FOTOSESSİYA
Xalqımızın müqəddəs günlərindən olan Qurban Bayramı səs-küysüz ötüşmədi. SİA-nın məlumatına görə, bayram münasibəti ilə Heydər Əliyev Sarayında böyük konsert proqramı təşkil olundu.
Bir çox incəsənət nümayəndələrinin qatıldığı konsert proqramı olduqca maraqlı keçdi.
Konsert proqramında əməkdar artist Lalə Məmmədova, İlqar Muradov, müğənnilər Rəşad İlyasov, Samir Piriyev, Murad Sadıx, Zarina Məmmədova, Yaşar Cəlilov, xanəndələr və rəqqaslar çıxış etdilər. Sənətçilər öz repertuarlarından bayrama uyğun mahnılar ifa etdilər.
Səhnəyə çıxan ifaçılar bayram münasibəti ilə xalqımızı təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB