Azərbaycanlı müğənni: “Sev məni”

Azərbaycanlı müğənni: “Sev məni”

Gənc ifaçı Leyla Ramazanlı növbəti klipini çəkdirib. Bu barədə SİA-ya müğənnin mətbuat katibi Ceyhun Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, "Sev məni\" mahnısına çəkilən klipin ərsəyə gəlməsinə təxminən 1 həftə vaxt sərf olunub. Klipindən ağızdolusu danışan ifaçı yeni işinin uğur gətirəcəyinə inanır.

Mətbuat katibi vasitəsi ilə klipə xərclədiyi pulun məbləğini açıqlamayan L.Ramazanlı yaxın vaxtlarda daha bir neçə klip çəkdirəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə