DJ David Vendetta Park Bulvar-da pərəstişkarları ilə görüşüb- FOTOSESSİYA
Bu gün məşhur DJ David Vendetta Park Bulvar-da pərəstişkarları ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdən əvvəl açıqlama verən DJ Bakı haqqında təəssüratlarını bölüşüb. O bildirib ki, dünəndən Bakıdadır və artıq bir çox gəzməli yerləri gəzib: \"Qız Qalasını və İçəri Şəhəri gəzmişəm. Sizin xalqın qonaqpərvərliyi məni heyran edir. Azərbaycan musiqisi və mədniyyəti yüksək səviyyədə inkişaf edir\".
Görüşdə həmçinin Vendetta sevənlərinə öz CD-lərini hədiyyə edərək diskin üzərini imzalayıb.
Məlumat üçün bildirək ki, bu gün \"Metkarting\" əyləncə mərkəzində konsert verəcək. Konsertin "Azad musiqi" ("Freedom Music") devizi altında baş tutacaq. Qeyd edək ki, bu, Devid Vendettanın Bakıda ilk çıxışı deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB