Günay Musayeva həyat yoldaşı barədə yayılan söz-söhbətə aydınlıq gətirdi
Türkiyənin 3 ən bahalı modellərindən olan həmyerlimiz Günay Musayevanın həyat yoldaşı Tolga Karelin avtomobilində digər xanımla yaxalanması barədə dərc olunan xəbər tək sözügedən ölkədə deyil, Azərbaycan mətbuatında da söz-söhbətə səbəb olub. Türkiyənin "Sabah" qəzetində dərc olunan məlumata Günayın Azərbaycan üzrə mətbuat nümayəndəsi Ülvi Hadiyev (Şaba) aydınlıq gətirib.
Ülvinin SİA-ya verdiyi açıqlamaya görə, yayılan xəbərlər əsasızsızdır: "Türk maqazinçilərinin hər şeyi şişirtməsi, məşhurları dostları ilə gördükləri zaman sevgilisi kimi qələmə verməsi adət halını alıb. Bu hadisəyə gəlincə isə Tolga həftə sonu TRT kanalında yayımlanacaq "Sirr kanunu" serialının yaradıcı qrupu ilə yemək yeyib restorandan ayrılarkən paparazzilərin kamerasına tuş gəldi. Serialda iki obraz canlandıracaq Tolga ilə şəkil çəkdirən qız isə sözügedən serialın rejissoru Ezer Akayının asistenti Melodidir. Həmin yeməyi də Melodi təşkil edib və görüşdə serialın pərdəarxası məqamları müzakirə olunub"- deyə Ülvi bildirib.
Türk mətbuatında yayımlanmış xəbər Tolga Kareldən hamilə olan Günayın yaxından tanıdığı Meldini də şoka salıb. Modelimiz həyat yoldaşına inandığını və uşağın məhz Tolganın təkidi ilə dünyaya gətirəcəyini də gizlətmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB