"Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayeva da ailə həyatı qurdu. SİA xəbər verir ki, o, meyxanaçı Tərlan Dağlı ilə ailə qurub.
Olduqca şən keçən toy məclisində şou-biznes nümayəndələri çox az idi. Lakin heç nə səbəbkarların əhval-ruhiyyəsinə təsir etmədi. Rəqs etməkdən yorulmayan Tərlan və Ulvira fasilələrlə gah aparıcılıq etdilər, gah nağara çaldılar, gah da mahnı oxudular.
Qonaqlar sırasında müğənnilər Aslan Hüseynov, Günel Məhərrəmova, Rahidə Baxış, Səbuhi, Mehrim, Cavanşir, rəqqasə Fatimə, stilist Balaşdan başqa gözümüzə heç bir məşhur sima dəymədi.
Toy mərasimdə gəlinin gözü yolda qaldı. Həmkarı və yaxın dostu Elgiz Əkbərin məclisə gec gəlməsi söz-söhbətə səbəb oldu. Lakin saat 22:00-da Elgiz bir neçə toyda aparıcılıq etdikdən sonra təşrif buyurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB