İstanbuldan dönən Aygün Kazımova əliboş gəlmədi-FOTOSESSİYA
Son zamanlar tez-tez Türkiyədə yeni mahnı yazdırıb kliplər çəkdirən xalq artisti Aygün Kazımova İstanbula son səfərindən də əli boş dönməyib.
SİA-ya məlumat verən Aygün xanımın sözlərinə görə, o, "Səssiz sinema" mahnısına çəkdirdiyi klipinin tamamlanma işi ilə tanış olub. Müğənni həmçinin yeni mahnısını da lentə alıb.
Qeyd edek ki, Kazımova bu klipini də "Düşün məni"ni çəkən türk rejissoru ərsəyə gətirib. Bakıda lentə alınan klip "Düşün məni"dən fərqlənir. Müğənni klipin yayımlanmasını "Düşün məni"dən sonra etməyi planlaşdırır. Bununla yanaşı Kazımova Türkiyədə yeni klipinin çəkilişinə də hazırlaşır.
Sözügedən klipi Ajda Pekkan və Tarkana klip çəkmiş rejissor lentə alacaq. Müğənni bu dəfə İstanbulda olduğu vaxt yaxın dostu və tanınmış modelyer Ramazzonun da sərgisi üçün nəzərdə tutulan foto çəkilişdə iştirak edib. Ramazzonun geyimlərində fotosessiya edən müğənni layihənin maraqlı olacağını da dilə gitirdi.
Bu yaxınlarda növbəti dəfə plastik əməliyyat keçirən Kazımova bədəninin hansı hissəsində əməliyyat aparıldığını sirr saxlasa da bunun fərqinin yaxınlarda görüləcəyini açıqladı.
Müğənni yeni klipində fərqli görünməsi üçün bu addımı atdığı hazırda daha kontrollu pəhrizlə bir az da arıqlamağı düşünür. Əməliyyatdan sonra üzünü normal hiss edən xalq artisti yaxın günlərdə maqazin proqamlarına yaradıcılıq planları ilə bağlı etraflı məlumat vereceyini eləcə də Türkiyədəki işlərinin bəhrəsini yerli media nümayəndələri ilə bölüşəcəyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB