Günay İbrahimli ilk dəfə jurnalistləri bir araya topladı -FOTOSESSİYA
Dünən gənc müğənni Günay İbrahimli media əhlini başına topladı. SİA xəbər verir ki, ifaçının media nümayəndələrini başına toplamasına səbəb yeni klipinin təqdimat mərasimi idi.
Günay "Səndən öncə səndən sonra" klipindən ağızdolusu danışaraq Xızı məşələrində çəkildiyini də dilə gətirdi. Onun klipdəki libası və görünüşü konfransdakından az fərqlənirdi. Hətta saç düzümü klipdəki Günayı xatırlatdı.
Müğənnin təbrik etmək üçün şou-biznesin bir çox nümayəndələri də təşrif buyurmuşdu. Onların sırasında Elnur Məmmədov, Sevda Yahyayeva, Samira, Azad Şabanov, Yaşar Cəlilov, Xəyalə Manaflı, Roza Zərgərli, Çingiz Mustafayev, "Klan-a-plan" qrupu, "Şeron" qrupunun keçmiş üzvü Yaşar və başqaları var idi. Konfransın aparıcısı isə tanınmış şoumen Olkin Həsəni idi.
Konfrans zamanı jurnalistlərin gözündən qaçmayan müğənninin İradə İbrahimovaya bənzəməsi oldu. Xarici görünüşündən həmkarını xatırladan Günay bundan heç də narazı deyil. Müğənni bundan sonra da bir neçə yeniliyə imza atacağını bildirdi.
Qeyd edək ki, "Səndən öncə səndən sonra" klipinin sözləri Leyliyə, musiqisi Pərviz Mahmudova məxsusdur. Klipin rejissoru isə Samir Fərzəlibəyli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB