Brilliant Dadaşova yeni kliplə jurnalistlərin qarşısına çıxdı-FOTOSESSİYA

Brilliant Dadaşova yeni kliplə jurnalistlərin qarşısına çıxdı-FOTOSESSİYA

Bu gün paytaxtın əyləncə məkanlarının birində xalq artisti Brilliant Dadaşova media əhlini başına topladı. SİA xəbər verir ki, müğənninin media nümayəndələri ilə görüşməsinə səbəb yeni klipini təqdim etmək idi.

Musiqisi Fuad Qədimova, sözləri isə Fikrət Qocaya məxsus "Dalğalar" klipinə çəkilən klipdə Brilliant xanım çox fərqli görsənirdi. Klipin rejissoru Emin Mirabdullayev idi.

Xalq artisti konfrans zamanı bildirdi ki, mahnı klipsiz də qəlbə yol aça bilər: "Əsas odur ki, musiqi savadlı olsun, klip olmasa da olar. Mən hər zaman kəmiyyətə yox, keyfiyyətə üstünlük vermişəm. Özünüz də görürsünüz ki, mən heç vaxt çox görünmək istəməmişəm. Deməmişəm ki, məni çoxlu çəkin".

Klip xalq artistinin böyüdüyü Buzovna kəndində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə