Kiyevdə MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.Azərbaycandan bu mükafata musiqi irsimizi dünyada təbliğinə görə, gənc xanəndə Qoçaq Əsgərov layiq görülüb. SİA-nın məlumatına görə, oktyabrın 19-22-nə kimi Kiyevdə səfərdə olan musiqiçi qurumun keçirdiyi mükafatlandırma mərasimində iştirak edib və Ukraynanın mədəniyyət nazirinin təqdimatında ona diplom, fəxri fərman, medal və suvenir verilib.
Qeyd edək ki, fondun bu mükafatına 9 ölkədən müxtəlif peşə sahibləri layiq görülüb. Mükafatlandırma mərasimini Rusiyanın 20 televiziya kanalı işıqlandırıb. Qoçaq Əsgərov qeyd edir ki, televiziya jurnalistləri arasında əslən erməni vətəndaşı ondan müsahibə alarkən xanəndə Qarabağ və onun musiqisi, Üzeyir Hacıbəyli, Bülbül haqqında danışıb. Sonda isə ən böyük arzusunu dilə gətirərək "Grammy" mükafatını qazanmaq istəyini bildirib.
Xanəndənin verdiyi məlumata görə, tədbirdə dünyaca bir çox tanınmış simalar iştirak edib. Azərbaycandan isə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu başda olmaqla Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BDU-nun rektoru Abel Məhərrəmov, kinodramaturq Rüstəm İbrahimbəyov və başqaları olub.
Tədbirdən sonra Qoçaq Əsgərovun külliyatı MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun arxivinə verilib. Xanəndə bildirib ki, sözügedən fond mükafatlandırılan şəxslər haqqında film çəkməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB