SİA xəbər verir ki, bu günlərdə K.FABUEL Dəb Evinin açılış mərasimi oldu. Uşaqlıqdan rəsm çəkmək, dizayn və başqa təsviri incəsənət növlərinə həvəsli olan Kubra Nuriyeva əvvəllər hobbi kimi baxdığı modelyerlik sənətinə daha mükəmməl yiyələnmək qərarına gəlir.
Bir il ərzində Kubra bu ixtisasa professional səviyyədə yiyələnmək üçün müxtəlif müəllimlərdən dərs alır. Bu bir il ərzində ərsəyə gətirdiyi libasları Kubra məhz öz şəxsi K.FABUEL Dəb Evinin açılış günü dostlarına təqdim etdi.
Gənc modelyerə dəstək olmaq üçün tədbirə bir çox məşhurlarla bərabər 2005-ci ldə "Best Model of Azerbaijan"-ın prezidenti olmuş Lyubov Qutorova və modelyer Günay Quliyeva da təşrif buyurmuşdular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB