“Gövhər heykəl deyil, o sadəcə Azərbaycan bəstəkarıdır”

“Gövhər heykəl deyil, o sadəcə Azərbaycan bəstəkarıdır”

Azərbaycanın əməkdar incənət xadimi, bəstəkar Gövhər Həsənzadə sənətçilərimizin əksər hallarda xarici bəstələrə üstünlük vermələrinə münasibət bildirib. SİA-ya açıqlama verən Gövhər xanım bunun səbəbini belə izah etdi: "Bəli, müğənnilərimiz xarici bəstəkarlara üstünlük verirlər. Çünki onlara belə daha asandır. Tanınmış mahnıların üstünə öz səslərini yazdırıb, camaata qulaq asdırırlar. Bizim millət də toy məclislərində onlara yox həmin tanınmış mahnıya oynayırlar. Bunun üstündə də özlərinə reytinq qazanırlar".

Bəstəkar Azərbaycan müğənnilərindən də söz açdı: "Onu xüsusi qeyd edim ki, Elnur Məmmədov "Belə olarmı" mahnısını bir məclisdə dal-badal 7 dəfə oxuyub. Mənim mahnılarımı Zerrin Özer də oxuyur. Çoxları bizim Kərimin səsini bəyənmir, ancaq Zerrin Özer onun ifasında "Sorma" mahnısını xoşlamışdı. Gövhər heykəl deyil, o sadəcə Azərbaycan bəstəkarıdır. İndi bir muzikl üzərində çalışıram. Əgər o alınsa o zaman "Natiq" ritm qrupuna ehtiyacım olacaq. Onlar da təklifimi qəbul etsələr və sona qədər mənimlə birlikdə olsalar o zaman çox minnətdar olaram. Onların köməyi olmasa bu əsər alınmaz. Düşünmürəm ki, qrup təklifimi qəbul edəcək, çünki bu haqqda söhbət etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə