"Best Model of the World" yarışmasının 2-si Azərbaycanlı model Günay Musayeva həyat yoldaşı Tolga Karellə birgə Türkiyənin Oskarı hesab edilən Beynəlxalq Altın Portakal film festivalının bağlanış mərasimində iştirak etmək uçün Antalyaya gedib. Həm festivalda iştirak edən həm də dincələn məşhur cütlük bağlanış üçün təşkil olunmuş "Qırmızı xalı" keçidində türk mətbuatının marağına səbəb olub.
Gecə üçün Türkiyənin məşhur modelyeri Tolga Camin Günay üçün məxsusi hazırladığı yaşıl rəngli geyimdə çıxan model festivaldan sonra təşkil olunmuş "aftrparty"də iştirak edib. Orada G. Musayeva və T.Karelin dostları bərabər əylənib və Tolganın ad gününü geyd edib.
Onu da vurğulayayaq ki, son zamanlar Azərbaycan mətbuatında da Günay Musayevanın türkiyəli vəkil tərəfindən aldadıldığı barədə məlumat yer almışdır. SİA ilə söhbətində Günay bu xəbərlərin mətbuatda yer aldığından sonra 20 min dolların 16 mininin vəkil tərəfindən qaytarıldığını vurğuladı.
Hazırda Türkiyənin ən bahalı 3 modeli sırasına adını yazdıran xanım Musayeva hamiləliyi ilə bağlı türk mətbuatında yayılan xəbərlərə də aydınlıq gətirib: "Üşağın olmasını Tolga istədi. Ana olmağa tam hazır olmadıgımı fikirləşirdim. Amma müayinə zamanı onun ürəyinin necə döyündününü görüncə ana olacağıma qərar verdim. Hazırda hamıləliyimin 7-ci həftəsini yaşayıram. Qızımızın olmasını istəyirik. Tolga çox sevinir. Hər gün mənə xüsusi hamilə pəhrizini tutdurur. Hətta pəhrizi soyuducunun üstünə yapışdırır. Çox xoşbəxtəm"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB