Ad gününü qeyd edən “Şipşirin” Elçin özünə nə hədiyyə etdi?

Ad gününü qeyd edən “Şipşirin” Elçin özünə nə hədiyyə etdi?

Dünən paytaxtın əyləncə məkanlarının birində "Şipşirin" ləqəbi ilə tanınan Elçin Cəfərov media əhlini və dostlarını başına topladı.

SİA-nın məlumatına görə, ad gününü qeyd edən müğənni bir güllə ilə iki dövşan vurmaq istədi. Elçin həm 26 yaşını qeyd etdi, həm də yaradıcılığındakı yenilikləri təqdim etdi.

O, "Dinlə məni" adlı albomunu və "Adını yazdım şəhərə" klipini mediaya təqdim etdi.

"Adını yazdım şəhərə" adlı klipi müğənniyə məşhur aparıcı-cütlük Azər və Vüsalə hədiyyə edib. Klip Gürcütanda çəkilib. Mahnının sözləri Azər Şirinə musiqisi Elçinin özünə məxsusdur. Mətbuat konfransında iştirak edən Azər Şirinin sözlərinə görə, çəkilən klip deyil, sadəcə video çarxdır. Elə videonun keyfiyyətsizliyini media nümayəndələri də sezdi.

Ad gününə toplaşanlar müğənniyə müxtəlif hədiyyələr verdilər. Ancaq ən böyük hədiyyəni məhz Elçin özünə etdi. Məlum oldu ki, müğənninin bu günə qədər avtomobili olmayıb və o indi alıb. Elçinin sözlərinə görə, avtomobilin markası "Hummer"dir. Qeyd edək ki, maşın kreditə deyil, nəğd pulla alınıb.

Jurnalistlərin çoxsaylı suallarını cavablandıran Elçin avtomobilin qiymətini açıqlamasa da şəxsi həyatı barədə suallara cavablandırdı. Elçin bildirdi ki, onun ürəyini oğurlayan xanım hələ tapılmayıb: "Avtomobilə ürəyimi verməsəm də, cibimin pulunu vermişəm. Ürəyimi isə böyük məmnuniyyətlə layiq olan xanıma verərdim".

Mətbuat konfransıdan sonra bir vur-çatlasın oldu ki, gəl görəsən. Yerli şou-biznesin bir çox tanınmış üzvləri orada idi. Onların sırasında Natəvan Həbibi, Zamiq, Samira, Oksana və Elşad, Rəqsanə, aparıcılar Azər və Vüsalə, "Qala" qrupu, Xəyyam Nisanov, Ayaz, "Şeron"un əks üzvü Yaşar, bəstəkar Nazim Məmmədov və başqaları.

Qeyd edək ki, mərasimin aparıcı Samir Bayramlı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə