Şou-biznes əhli kimsəsiz uşaqlarla birgə - FOTOSESSİYA

Şou-biznes əhli kimsəsiz uşaqlarla birgə - FOTOSESSİYA

16 oktyabr tarixində Azərbaycanın gənc müğənnisi Günay İbrahimli və onun mətbuat katibi Ceyhun Məhərrəmovun təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan kimsəsiz uşaqlar evində xeyriyyə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir zamanı maraqlı oyunlar və rəqslər mərasimi daha da maraqlı edib.

Tədbirə həmçinin müğənninin sənət yoldaşları da qatılıb. Onların sırasında Leyla Ramazanlı, Azad Şabanov, Pərviz Abdullayev, Ceyla, Əbdülxalid, Adil Baxışlı, Vüsal Hacıyev, Yaşar Yusub, Kamil Cəfərov, Sadiq, Yaşar Cəlil, reper Jin və uşaqlardan ibarət "Butterfly" qrupu da var idi.

Təxminən 3 saat davam edən tədbirin aparıcısı Samir Bayramlı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə