Anar Ağakişiyev: “Gündəmə görünüşlə deyil, işlə gəlmək lazımdır”-FOTO

Anar Ağakişiyev: “Gündəmə görünüşlə deyil, işlə gəlmək lazımdır”-FOTO

Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev hər zaman həmkarlarının peşəkarlığından danışır. Bəzi stilistləri bəyənməyən Anar SİA-ya açıqlamasında əsl peşəkarın necə olmasını açıqladı: "Əsl peşəkar stilist gecə yuxudan oyanan zaman ən azı, 20 brendin adını əzbərdən sadalamalıdır. Məni gecə yarı oyatsalar, 50 brendin adını əlifba sırası ilə deyərəm. Dünyanın 95 %-ni gəzmişəm. Digər ölkələrə gedəndə sənətimlə bağlı maraqlanıram. Öz üzərimdə çalışıram.

Əsl stilist özü də stilist kimi görsənməlidir. Bəziləri özlərinə stilist deyirlər. Onlar sadəcə öz görünüşləri ilə gözə girməyə çalışırlar. Stilist qeyri-adi görsənə bilər. Amma o çərçivədən qırağa çıxmamalıdır. Axı biz müsəlman ölkəsiyik. Biz kiməsə örnək oluruq. Dünyada həddindən artıq sevdiyim stilist Serqey Zverevdir. Baxmayaraq ki, o Rusiya kimi sərbəst ölkədə yaşayır. Mən onu kumirim olaraq görsəm də, heç vaxt onun kimi geyinə bilmərəm. Axı bizə kiminsə anası, bacısı baxır. Ürək bulandırmaq lazım deyil. Gündəmə görünüşlə deyil, işlə gəlmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə