Bu gün Aşıq Samirə media nümayəndələrini başına toplayaraq mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Samirə jurnalistlərin qarşısına tək deyil, həyat yoldaşı eyni zamanda prodüseri olan Rizvan Məmmədovla qatılıb.
Yeni "Aşıq" adlı albomunu və şəxsi saytını mediaya təqdim edən Samirə maraqlı açıqlamalar verib. O, iddia edir ki, indi onu Aşıq Samirə deyil, Aşiq Samirə deyə çağıracaqlar. Çünki Samirə ləqəbini dəyişdi: "Aşıq sözü elə aşiq sözündən götürülüb. Axı mən aşıqlıqla yanaşı həm də bəstəkar mahnıları ifa edirəm. Bir də ki, fərqlənmək istədim. İndi hər kəs mənə Aşiq deyə müraciət edəcək".
Samirənin sözlərinə görə, yeni albom onun həyat yoldaşı tərəfindən bu yaxınlarda keçirilən ad gününə hədiyyə olub: "Mən yaşımı gizlətmirəm. Sentyabrın 29-u mənim 30 yaşım oldu və Rizvan bu albomu mənə sürpriz etdi. Albom məhz ayın 29-u işıq üzü gördü. Yaradıcılığımda olan yeniliklər Rizvana məxsusdur. O, məni bu albomu çıxarmağa məcbur etdi".
Onu da qeyd edək ki, Samirənin "Aşiq" adlı ilk albomunun prodüseri, həyat yoldaşı Rizvan Məmmədov, dizaynı Fərid Bağırzadə, fotoları isə Zaur Zamana məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB