Ömrünün 20 ilini Azərbaycan musiqisinə həsr edən Mətanət xanım oxumaqdan heç doymur. Digər müğənnilərdən fərli olaraq Mətanət İsgəndərli hər zaman, istənilən yerdə canlı oxumağa hazırdır. Təbiətcə çox kövrəkdir. Bunu mahnılardından sezmək o qədər də çətin deyil. Elə müsahibəmiz zamanı da kövrələn Mətanət xanım ürəyində olanları bizimlə bölüşdü.
- İllərə nəzər salsaq əvvəllər sizin daha məhsuldar olduğunu görmək o qədər də çətin deyil. Amma indi elə bil tənbəlləşmisiniz?
- Yox, elə deməzdim. 20 ildir ki, peşəkar səhnədəyəm. İndi ki, gənclər istiyirlər ki, müğənnilər daima efirdə olsun. Lazımı qədər bayramlarda, konsert proqramlarında iştirak edirəm. Heç bir kanaldan da narazıçılığım yoxdur. Yaşıma da yaraşmaz ki, gecə-gündüz efirlərdə olum. Reklam cavan ifaçılara lazımdır ki, özlərini tamaşaçılara sevdirə bilsinlər. Əslində mən hər gün 400-500 nəfərin içində oluram, toylara gedirəm və pulumu toylardan qazanıram. Ailə başçısıyam, ailə saxlayıram. Müğənninin mahnıları hər zaman yaşamalıdır.
- Mətanət xanım, indi bəzi gənc ifaçılar heç vaxt toya getməyəcəklərini bildirirlər. Bəyəm toyda oxumaq günahdır?
- Gənc müğənnilər bizim yaşımıza çatanda fikirlərini dəyişəcəklər. Toy hər zaman məktəb olub və toyu oxumaq hər müğənninin işi deyil. Həmin müğənnilərə sual vermək lazımdır ki, toya getməyəcəksinizsə bəs necə dolanacaqsınız? Azərbaycan müğənnilərinin toydan başqa biznesi yoxdur. Oxumaq gözəldir. Məsələn, mənim ilk mahnım Eldar Mansurovun "Darıxma" mahnısı olub. Əvəllər "Görüş" adlı baxımlı veriliş var idi. "Darıxma", "İstərəm", "Ağla yağışım, ağla" mahnıları həmin verilişdə gedirdi. "Gecədən sübhədək" mahnısı mənim sənədimdir. O mahnı məni tanıdaraq üzə çıxarıb.
- İfanızı dinləyəndə görürəm ki, səsinizdə yanğı və həsrət var...
- Bu sözü mənə hər kəs deyir. İnsanın daxili necədirsə oxumağı da elədir. Mənim keçdiyim həyat yolu çox əziyyətli olub. Uşaq yaşlarından kövrək olmuşam. Atama oxşamışam. Anamın ilkiyəm. Anam 14 yaşında ailə həyatı qurub. Özümdə tez ailə qurmuşam. Ona görə də indi nəvəm var. Həmişə deyirəm ki, ilk məhəbbətdən yaranmışam.
- Siz nənəsiniz. Amma bəzi həmkarlarınız nənə sözündən qorxurlar.
- O sözdən mənim də xoşum gəlmir. Qocalıq əlamətidir. Axı mən qocalmamışam. Nəvə övladdan da əziz olur. Nəvəm mənə "çəpəncə" deyir. Evdə şəkillərimə baxır deyir ki, çəpənçədi.
- Nəvənizin sizə nə dediyini bildik. Bəs qızınız Ülkər necə, sizlə bölüşür?
- Qızımla rəfiqə deyiləm. Çünki hər zaman pərdə saxlamışam. Ancaq çox vaxt anlaşa bilmirik. Mən də onun yaşında anamla yola getmirdim. Qızıma nəsə demək istəsəm, hansısa bir yolla çatdırıram. Bir başa demirəm.
- Ülkər nişanlı idi də, necə oldu?
- Şəxsi həyatım barədə yetərincə danışmışam. Artıq bu barədə danışmaq istəmirəm. Övladlarımda mənim danışmağıma narazıdırlar. Yalan danışmaqla da aram yoxdur. Ancaq bəzi həmkarlarım var ki, qəsdən qalmaqal yaradırlar.
-Bəs qalmaqalla dolu şou-biznesdə siz də varsınız?
-Mənim dövrümdə şou-biznes yox idi. Bizim biznes toydur. Məndən çox toya gedən yoxdur və bu sahədə rekord qırıram. Özümü qınayıram ki, bu vaxta qədər toylardan aldığım pulla özümə yaxşı biznes qura bilərdim. 400-ə yaxın mahnılarım var. Bu mahnıların hamısı madiyyatla bağlıdır. "Əlvida" filmi çəkilib və filimin sponsoru da özüm olmuşam. Mahnılarım klipsiz məşhur olub. "Sevdirə bilmədim özümü sənə" mahnısısnın klipi yoxdur. "Anam hardasan" mahnısı çox az oxumuşam. Amma o mahnının səsi Yekaterinburqdan gəlir. Bu sənətlə bağlı yaratmadığım ürəyimdə çox şeylər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB