Azərbaycanın tanınmış müğənnisi və populyar teleaparıcı Rəhim Rəhimliyə hücüm olunduğu haqda məlumat yayılıb. SİA-nın məlumatına görə, söz-söhbət gəzir ki, müğənniyə bu gün səhər saatlarında hücüm olunub və o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəbəri dəqiqləşdirmək üçün gün ərzində müğənni ilə əlaqə saxlasaq da o, zənglərimizə cavab vermədi.
Hazırda müğənninin nömrələrini yığmağa bir daha cəhd etdik. Rəhim yenidən bizlə danışmadı. Lakin onun telefonuna bir xanım cavab verərək Rəhimlə birgə çalışdığını bildirdi. Adını açıqlamayan şəxs müğənnin vəziyyəti barədə xəbər verdi: \"Bunlar hamısı boş şayədir. Rəhimin vəziyyəti lap yaxşıdır. O indi işdədir. İclasa girib. Ona heç nə olmayıb. Narahat olmağa heç bir səbəb yoxdur\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB