Stilist Samir Əliyev Elza Seyidcahanı uzunqulaqla müqayisə etdi-QALMAQAL
Azərbaycanın ən ekstrovaqant stilistlərindən olan Samir Əliyev hər zaman qalmaqallı açıqlamalarla gündəmdə olub. Samirin dediyi hər bir söz qızğın mübahisəyə səbəb olur. Stilistin bu dəfə ki açıqlaması əməkdar artist Elza Seyidcahanın ünvanına səsləndi.
SİA-ya açıqlama verən Samir iddia edir ki, müğənnin gözləri hədsiz gözəl olduğu üçün o, "uzun qulaq dəbi"ni gətirə bilər: "Elza xanım gözəldir. Onun gözləri isə adamı lap valeh edir. Məni pis başa düşməsin. Ancaq onun gözləri eşşəyin gözlərini xatırladır. Axı dünyanın ən gözəl gözlərinə məhz eşşək sahibdir. Bütün xanımların arzusudur ki, uzun qulaqda olan gözlərə sahib olsun. Bir də ki, məncə indi eşşək dəbini gətirməyin zamanıdır. Yəni, meydan gözəl gözlülərindir. Fikrimcə uzunqulağın da dövrü gəlməlidir. Bu isə o qədər də asan iş deyil. Çünki bu titula ancaq dəbli insanlar sahib ola bilər. Eşşək dəbinin sahibləri Elza Seyidcahan və mən ola bilərəm. Bunu yalnız biz bacararıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB