Günelin toyunun tarixi bəlii oldu

Türkiyədə yaşayıb fəaliyyət göstərən və kifayət qədər məşhur olan Azəri qızı Günel ailə həyatı qurur. SİA-nın məlumatına görə, türkiyəli biznesmen ilə ailə həyatı qurmağa hazırlaşan Günel toyunu 11.11.2011-ci il tarixinə planlaşdırır. Qeyd edək ki, Azəri qızı Günel və nişanlısı türkiyəli iş adamı İnanc Başəyməz birlikdə orta təhsil alıblar. Uzun müddətdir Günellə ailə qurmaq arzusunda olan İnanc, ancaq 3-cü cəhdində istəyinə nail ola bilib. Hələ orta məktəbdən Güneli sevən İnanc bir müddət əvvəl Günelin ürəyini ala bilib. Güneli bir zamanlar qəyyumluğa götürən tanınmış müğənni İbrahim Tatlısəs artıq cütlüyün xeyir-duasını verib. Cürtlüyün toy mərasiminə İbrahim Tatlısəsin də qatılacağı da istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə