Birlikdə konsert verməyə adət edən məşhur müğənnilər Röya Ayxan və Rəhim Rəhimli növbəti konsert proqramı ilə çıxış ediblər. Röyanın mətbuat katibi Ülviyyə Alovlunun SİA-ya verdiyi məlumata görə, "RR şou" adlanan növbəti konsert proqramın açılışı Rövşən ritm qrupunun ifası ilə həyata keçib.
Bundan sonra ilk mahnılarını Rəhim Rəhimli ifa edib. Müğənnini ifa boyu Flamenko ləqəbli İntizar müşayiət edib. Az sonra bu coşğuya Röya da qoşulub.
Gecə boyu bir-birindən çox sevilən hitlərini təqdim edən cütlük həmişəki kimi gənc ifaçılara da dəstək oldular.
Bunlardan Niyam Selami, Sevda Yahyayeva, Lamiyə, rep ifaçısı və Röyanın oxşarı sayılan Pərvanə də səhnəyə çıxdılar.
Konsert boyu rəqqasə Nailə Dadaşova, İlham rəqs qrupu, Ukrayna və Rusiyadan dəvət olunmuş rəqqaslar rəngarəng şou nümayiş etdirdilər.
Üç saatdan artıq davam edən şou ərzində Röya və Rəhim həm də gözoxşayan libasları ilə də yadda qaldılar.
Konsertdən sonra tamaşaçılar səhərədək diskoteka sədaları altında əyləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə