Rusiyalı müğənni Azərbaycana gəlib: “Şoka düşdüm”-FOTOSESSİYA

Rusiyalı müğənni Azərbaycana gəlib: “Şoka düşdüm”-FOTOSESSİYA

Bu gün əslən Azərbaycanlı olan rus müğənnisi Timur Rodriqes paytaxtımızın qonağı olub. SİA xəbər verir ki, Bakı klublarının birində konsert proqramı ilə çıxış etməyə hazılaşan Timur konsert öncəsi mətbuat nümayəndələri ilə görüşüb.

Azərbaycanda olduğundan məmmunluq hissini ifa edən Timur illər öncə Bakıda yaşadığını qeyd etdi: "Atam Azərbaycanlıdır. Uşaqlıq illərim burada keçib. Ancaq Moskvada yaşadım. Bura gec-gec olsa da, gəlib-edirəm. Şəhər çox gözəl olub, gözəllikdən şoka düşdüm. Hava limanında düşəndə Bakını tanımadım. Burada olmağımdan çox məmmunam. Üstəlik öyrəndim ki, biletlər hamısı satılıb, lap sevindim".

Müğənni Azərbaycan sənətçiləri ilə duet oxumaqdan da söz açdı: "Hələ ki, bu barədə düşünməmişəm. Ancaq ümumilikdə istedadlı insanlarla çalışmaqdan zövq alıram. Odur ki, maraqlı ifaçı olsa, mütləq duet yazdıra bilərik. Onu da bildirim ki, hazırda karyeramın ən uğurlu dönəmini yaşayıram. Çünki indi mahnılarımı özüm yazıram".

Timur Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsinə və özünün bu müsabiqədə çıxış etməsinə münasibət bildirdi: "Eldarla Nigar indi dünyaca məşhur simalardır. Mən onlara və Azərbaycana görə çox sevinirəm. Əgər mənim imkanım olsa, mütləq müsabiqəni izləmək üçün may ayında burada olacağam. Ancaq özüm heç bir ölkəni bu müsabiqədə təmsil etmək istəmirəm. Nədənsə ora mənə maraqlı gəlmir".

13 il Azərbaycanda yaşamasına və atasının azəri olmasına baxmayaraq müğənni sözügedən dili bilmir: "Əvvəllər bilirdim . Amma burada çoxdan olmadığım üçün dili tamami ilə unutmuşam. Sadəcə iki söz yadımdadır- "Maç elə" və "Bəsdi" (gülür)\".

Onu da qeyd edək ki, müğənni bir neçə saatdan sonra reper Miri Yusiflə birgə konsert proqramı ilə çıxış edəcək: "Tamaşaçılara sürprizim çox olacaq. Onlardan yalnız birini deyə bilərəm. Yaxın dostum və çox istedadlı gitarist Timur Videvnikov mənimlə gəlib və çıxış edəcək"-deyə müğənni əlavə etdi.


Bütün xəbərlər Facebook səhifəmizdə