Bu gün gənc müğənni Zarina ilk dəfə olaraq media nümayəndələrinin qarşına çıxdı. SİA xəbər verir ki, ilk klipini və albomunu təqdim etmək üçün mətbuat konfransına qatılan müğənnin yanında prodüseri Hamlet Cahangirov və tədbirin təşkilatçısı aparıcı İlahə Şıxlınskayadır.
"Delilik" adlı türk mahnısına çəkilən klipini təqdim edən müğənni konfransda canlı olaraq müğam ifa etdi. Milli Konservatoriyada xalq artist Aygün Bayramovadan dərs alan Zarina gələcəkdə muğam diskini də tamaşaçılara təqdim edəcəyini dilə gətirdi.
Konfransın əvvəlində qeyd olunsa da ki, Zarina heç bir müğənniyə söz atmayacaq, amma o, sözünə əməl etmədi: "Çoxları səhnəyə gələndə deyir ki, uşaqlıqdan oxuyurdu. Ancaq yeri gələndə bunu heç sübüt edə bilmirlər. Mən isə əminliklə qeyd edirəm ki, 9 yaşımdan səhnədəyəm. Bunu məndə olan lentlər sübüt edə bilər".
Təqdimat zamanı jurnalistlərin gözündən qaçmayan məqamlardan biri də müğənnin ancaq Türkiyədə iş görməyə üstünlük verməsi oldu. Belə ki, mahnı, klipin rejissoru, ümumilikdə bütün istehsalı türkiyəyə məxsusdur: "Bu o demək deyil ki, mən Azərbaycan rejissorlarını bəyənmirəm. Sadəcə türk mahnısına azəri rejissorun klip çəkməsi düzgün deyildi. Amma söz verirəm ki, növbəti işim Azərbaycanda elə Azərbaycan mahnısına olacaq".
Müğənni həmçinin ən çox bəyəndiyi rejissorun da adını açıqladı. Bu, Fuad Əlişov idi. Zarina bundan sonrakı klipini ona çəkdirəcəyini dilə gətirdi. "Dəlilik" adlı klipin rejissoru isə Murad Onbuldur.
Ən maraqlı məqamlardan biri də odur ki, müğənni sözügedən mahnıya ikinci dəfə klip çəkdirib. Birinci klipində rəqqasların uğursuz çıxışı ucbatından Türkiyənin Kral TV kanalı klipi qəbul etməiyib.
Onu da qeyd edək ki, Zarina sınqlına daxil edilmiş "Kader utansın" mahnısını tanınmış türk müğənnisi Ümid Sayınla duet oxuyub. Duetə klip çəkilib və tezliklə türk kanallarında yayımlanacaq.
Müğənni "Delilik" diskindən "Doğum günüm" adlı mahnısına çəkdirdiyi klip hazır olsa da yayımına yanvar ayından start veriləcək. Hər iki klipi Türkiyənin tanınmış kinorejissoru və klipmeykeri Kemal Başbux çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB