SIA artıq xəbər vermişdi ki, müğənni Nura Surinin keçmiş əri İran vətəndaşı Əlirza Suri ilə soyad davasına çıxıb.
Bütün bu söz-söhbətlərdə günahkar olaraq müğənni keçmiş ərinin
Azərbaycandakı vəkili Telman Qasımovu və "Olaylar" İnformasiya Agentliyini
hesab edir. Bununla bağlı Nura redaksiyamıza açıq məktub yollayıb. Məktubu
olduğu kimi SİA oxucularına
təqdim edirik:
"07 sentyabr 2011-ci il tarixdə "Olaylar" İnformasiya Agentliyinə məxsus olan
"olaylar.az" saytında mənim barəmdə həqiqətə uyğun olmayan, şəxsi və ailə
həyatımın sirrini pozan informasiya dərc edilmişdir. Redaksiyaya
ünvanlanan məktubun müəllifinin məhz Əlirza Suri olması məndə şübhə doğururdu.
Axı, Azərbaycan dilini, onun qrammatikasını bilməyən İran İslam Respublikası
vətəndaşı elmi-publisist üslubda, heç bir qrammatik səhvə yol vermədən doğma
dilimizdə necə məktub yaza bilər?
Üstəlik barəmdə yayımlanan məqalənin 15 mart 2003-cü il tarixli Azərbaycan
jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydalarının 3.2-ci (jurnalist görüşdüyü, haqqında yazdığı
hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə
hörmətlə yanaşmalıdır) və 3.3-cü bəndini (jurnalist vətəndaşların şəxsi
həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd
deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya
bilməz) pozması faktı da nəzərə alınsa, əslində məqalənin yayımlanmasında
kimlərinsə maraqlı olması açıq surətdə bəlli idi.
Məhz bu səbəbdən məlumatı ilkin olaraq dərc etmiş "Olaylar.az" saytının rəhbər
şəxsi Yunus Oğuza "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası
Qanunun 13.1.1-ci maddəsini əsas tutaraq 08.09.2011 tarixində şifahi müraciət
edib istinad olunmuş məktubun surətinin bizə təqdim edilməsini xahiş etdim.
Lakin mənə "daxili qaydalar əsasında bunun mümkün olmadığı" bildirildi.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunun 2.4.-cü
maddəsini (fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya,
informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ
vardır) əsas tutaraq agentliyə həm elektron, həm də 12.09.2011 tarixində
yazılı surətdə müraciət etdik.
Çox təəssüflər ki, həmin Qanunun 24.1-ci maddəsində sorğunun ən qısa
müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməli olmasının müəyyən
edilməsinə baxmayaraq, bu günədək dərc olunmuş məktubun əsli və ya surəti bizə
təqdim edilməyib. Agentlikdən icranın gecikdirilməsi halına son verilməsini
tələb etdikdə isə hüquqlarımı pozduqları üçün barələrində ərizə ilə məhkəməyə
müraciət etməmizə dair israrın şahidi olduq.
Ümid edirəm ki, qarşılaşdığım bütün bu anlaşılmazlıqlara qanuni tələblər nəzərə
alınmaqla tez bir zamanda son veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB