Kənan Doğulu azərbaycanlı jurnalistlərlə görüşdü: “Çox acam, yemək istəyirəm”- FOTOSESSİYA
Dünən paytaxtımızın qonağı olan Türkiyənin məşhur müğənnisi Kənan Doğulu azərbaycanlı jurnalistlərlə görüş keçirib. SİA-nın məlumatına görə, konfransa təxminən 40 dəqiqə gecikən türkiyəli ulduz bu gün axşam keçirəcəyi solo konsertlə bağlı açıqlamalar verib.
Azərbaycanda olduğundan məmunluq hissi keçirən Kənan jurnalistləri salamladıqdan sonra bu sözləri dedi: " Mən Bakıda olmağıma çox şadam və sevimli azərbaycanlı pərəstişkarlarımla görüşmək imkanından böyük məmunluq duyuram. İnanıram ki, konsertimiz bakılılar üçün maraqlı və yaddaqalan olacaq".
Türkiyədən çoxlu salamlarını jurnalistlərə çatdıran Doğulu 6 il öncəki Azərbaycanla indikinin fərqindən söz açdı: "Şəhəriniz möhtəşəm olub. Ötən illərə nisbətən çox gözəl olub. Əminəm ki, bir neçə ildən sonra Azərbaycan dünyanın ən qabaqçıl və gözəl ölkələrindən olacaq. Ola bilsin illər sonra bir daha konsert vermək üçün qonağınız olum".
Müğənni Azərbaycan sənətçilərindən də söz açdı: "Hamını tanımıram. Amma ən çox sevdiyim Əzizə Mustafazadədir. Ümumiyyətlə, cazı çox sevirəm".
Jurnalistlərin çoxsaylı suallarını cavablandıran Kənan şəxsi həyatından da danışdı: "Aşk mələyim" mənim xəyalımdadır. Ancaq onu da deyim ki, evlənsəm, heç vaxt boşanmayacağam".
Müğənni həmçinin saqqalı imicindən də danışdı: "Özümü saqqalsız təsəvvür belə etmirəm. Hərdən düşünürəm ki, imicimi dəyişim, amma saqqalsız olmaz"
Kənan mətbuat konrfansı zamanı ac olduğunu qeyd etdi: " Bu dəqiqə üçün yemək yeyərdim. Düzün desəm, Azərbaycan mətbəxi ilə hələ tanış olmamışam. Konfransdan sonra yeyəcəm".
Qeyd edək ki, bu musiqiçinin ölkəmizə ikinci səfəridir.
Müğənni bu gün axşam saat 20:30-da Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB