Yumor hissi ilə dolu Bəhram Bağırzadə və ya sizin Natiq - MÜSAHİBƏ-FOTOSESSİYA

Yumor hissi ilə dolu Bəhram Bağırzadə və ya sizin Natiq - MÜSAHİBƏ-FOTOSESSİYA

- Bəhram bəy, çoxdandır görünmürsüz, səsiniz gəlmir?

- Son vaxtlar ümumiyyətlə, Azərbaycanda deyildim. Xarici ölkələrə bir sıra səfərlərim olub. Son həftələrdə Gürcüstanda olmuşam, daha sonra Avropa səfərim olub. Qeyd edim ki, Tiblisidə keçirilən sərgidə övladlarımın da rəsmlərini də təqdim ediblər. Keçirilən bu böyük sərgidə Gürcüstan tamaşaçılarına 60-a yaxın Azərbaycan uşaqlarının əl işləri təqdim olundu. Uşaqlarım da bu sərgidə iştirak edib, mükafat və medal qazandılar. Təbii ki, bu mənim üçün sevindirici haldır. Deyə bilərəm ki, səsimin gəlməməyini bununla bağlamaq olar.

- Bakının mərkəzi küçələri \"Məhəllə\" kimi sizə əzizdir?

- Ümumiyyətlə, Bakı şəhəri mənim üçün böyük bir məhəllədir. Hər tini, hər küçəsi, hər məhəlləsi mənim üçün əzizdir. Bəlkə də bu şəhərdə anadan olduğum üçün mənə daha doğmadır. Həm də mən patriort insanam. Hətta Bakı haqqında mənim "Gəncliyimi keçirdiyim şəhər" adlı kitabım da işıq üzü görüb. Bu şəhəri sevib qorumaq, eyni zamanda da təmiz saxlamaq hər birimizin borcudur.

- Kulinariya haqqında yazdığınız kitab barədə nə deyə bilərsiniz?

- Bu kitaba gəldikdə aşbazlar məndən inciməsinlər, mən aşpaz deyiləm, sadəcə azərbaycanlıyam. Və ölkəsini sevən bir vətəndaş kimi Azərbaycan mətbəxini dünyaya tanıtmaq istəyirəm. Nəyinki yeməklərini ümumiyyətcə, Azərbaycan "brendini" hər zaman hər yerdə səhnədə belə təbliğ etmişəm. İçəri şəhərdə çəkilən filmlər haqqında növbəti bir kitabım işıq üzü görəcək. Bunu eksklüziv olaraq məhz SəsTv-yə, yəni sizə açıqlayıram. İçəri şəhər doğrudan da çox unikal bir yerdir. Qeyd edim ki, içəri şəhərdə 100-ə yaxın müxtəlif ölkələrdən olan filmlər çəkilib.

- KVN-çi, rejissor, kitab müəllifi bu qədər xüsusiyyəti bir canda yerləşdirmək çətin deyil ki?

Əgər insanda daxili istək varsa, o hər şeyə qadirdir. Mən fəhləlikdən bu yerə gəlib çıxmışam.

- Həyatınızın 30 ili səhnədə keçib. Bu müddət ərzində Bəhram Bağırzadə dəyişibmi?

- Əlbəttə normal insan dəyişməlidir. Bu il mənim 40 yaşım tamam olur. Artıq mən konservatoram. İstər Avropa düşüncəli, istər Qafqaz düşüncəli, istər Azərbaycan düşüncəli, istərsə də müsəlman düşüncəli olsun. Hər mərhələdə müəyyən şeylərdə mən konservativ və novator insanam. Gələcək nəsili də dəstəkləyirəm. İstəyirəm ki, onlar gələcəkdə böyük zirvələri fəth etsinlər. Azərbaycan demokratik ölkə olaraq indi yeni xalq və yeni millətdir. Artıq mənim cavanlığımdan 20 il ötüb. İndiki 20 yaşlı cavanları görürəm və şükür edirəm ki, demokartik bir ölkədə yaşayırıq. Demokartik bir ölkənin mərkəzində internet televiziyası SəsTv açılırsa və mən də sakit, rahat, səmimi şəkildə şəhərin ən gözəl məkanında müsahibə verirəmsə, deməli biz demokratik ölkədə yaşayırıq.

- Bəhram Bağırzadənin bilmədiyi bir sahə var?

- Elə sahələr var ki, mən onlarla məşğul ola bilmərəm. Götürək biznesi- məndən yaxşı biznesmen olmaz. Əlbəttə, hər şey insanın özündən asılıdır. Əgər insan bir şeyi çox istəyirsə, Allah onu qismət edər.

- KVN-də oynadığınız üçün peşman olduğunuz zamanlar olub?

- İnsan ümumiyyətlə, yaxşı heç nə üçün peşman olmamalıdır. Bu ən böyük günahlardan biri olar.

- Rəqs sahəsində çox güclü potensialınız var. Yenə rəqs edirsiniz?

- Bəli bu potensial var. Əvvələr rəqs edirdim. Ancaq indi müəyyən səbəblərə görə, toylarda belə rəqs etmirəm. Səhnədə rəqs etməyimə gəlincə isə bu mənim sənətimdir və mən bunu bacardığım qədər yüksək səviyyədə etməliyəm.

- Tamaşalarınızda Azərbaycan milli komandasını, futbolçularını tənqid edirsinz.

- Mən bunu etməsəm, kim bunu edəcək. Etmək istəyənlər olsa belə ya onu bacarmırlar və yaxud da onlarda tribuna yoxdur. Məndə imkan və tribuna da var. Niyə də etməyim.

- Ən çox sevdiyiniz futbolçu kimdir?

- Mənim fikrimcə, futbolçu öz üzərində çalışırsa demək həmin futbolçunu çox sevirəm.

- Sizcə, aktyor səhnədə yaşamalıdır, yoxsa oynamalıdır?

- Bu çox mürəkkəb sualdır. Mən səhnədə heç vaxt yaşamamışam həmişə oynamışam. Mən belə düşünürəm ki, insan səhnədə oynamalı, həyatda yaşamalıdır.

- Anar Məmmədxanlı istisna olmaqla siz KVN-nə gələndə bəzi həmkarlarınız bunu istəmirdilər?

- Mən belə deməzdim istəmirdilər, istəyirdiliər. Rəhmətlik Anar Məmmədxanlı çox güclü rəhbər, kapitan idi. Bəli məhz o, məni komandaya dəvət etdi və mən bunu ömrümün sonuna qədər heç zaman yaddan çıxarmaram. Komanda üzvlərindən bəziləri var idi hansı ki, mənə baş rolların verilməsini istəmirdilər. Əslində mən komandaya rəqqas kimi dəvət olunmuşdum və birdən - birə mənə hansısa bir cümlənin, rolun verilməsi müəlliflər tərəfindən buyurulmurdu. Anar müəllimin istəyi ilə mən salamlaşma mərhələsində səhnəyə çıxdım. Səhnədə 7 nəfərdən ən kiçiyi olaraq kənarda dayanan mən idim. O zaman 1991- ci il idi, Odessa kamondasını kapitanı Yan Livinzon və onların müəllifi Yan Qelman o cılız , arıq Azərbaycan uşağını görüb Anar müəllimə dedilər: "Anar bu uşağa diqqət ayır, ondan nə isə alına bilər". Onun ardınca Yuli Qusman bu sözləri əlavə etdi: "Anar onu mərkəzə qoymaq lazımdır" o vaxt hələ papağım da (aerodrom kepqa) yox idi. SSRİ-i dağılan bir vaxtda, müharibə ərəfəsində 19 yaşlı cavan oğlanlar səhnəyə çıxanda titrəyən gənc KVN-çilər Moskvanı fəth etməyə gəlmişdilər və bunu bacardılar da.

- Əsrin çempionarında hər kəs bir ağızla dedi ki, Bəhram olmasaydı, bu qalibiyyət bizim deyildi. Siz necə düşünürsünüz?

- Bu məntiqsizdir. Komanda "Parni iz Baku" olmasaydı, o qələbə olmazdı. Mən komandada adi sıravi əsgər idim. Sadəcə olaraq qarşıma qoyduğum məqsədi yerinə yetirdim. Kimliyindən asılı olmayaraq ümumiyyətlə, sənətdə uğur qazanmaq üçün bir komdanın fəlsəfəsi eyni olmalıdır.

- Bildiyimiz qədər çox gözəl karikaturalar yaradırsınız. Bu barədə?

- Yox mən sizin dediyiniz kimi "gözəl" sözü ilə razı deyiləm. Çünki onlar gözəl deyillər, sadəcə olaraq karikaturadır. Əslində mən özümü karikaturaçı saymıram. Bir hadisəni fikirləşib cızma-qara edirəm və karikatura alınır.

Bunu da qeyd edim ki, hal-hazırda kinoya çəkilirəm. "Qorxma mən səninləyəm" filminin davamı çəkilir. İmicimdə olan dəyişiklik məhz bununla bağlıdır. Filimdə deputat, bandit və bəy simalarını bir insanda birləşdirən Qafur bəy obrazında çəkiləcəm. Çoxları bu rolun çətin olduğunu söyləyirlər. Amma mənə görə bu çətin deyil. SəsTv vasitəsilə mən Yuli Qusmana təşəkkür etmək istəyirəm. Doğrudan da o, Azərbaycanı sevən bir insandır. O vətənini sevməsəydi, həmin aktyorları bir yerə toplayıb, filmin ikinci hissəsini çəkməzdi. Vətənpərvərlik mövzusunda çəkilən bu filim 1918-1919-cu illəri Azərbaycan Demokratik Respublikasının yarandığı dövrü əhatə edir. Azərbaycan geniş təbliğ olunduğu üçün mən bu filimdə çəkilməyi razılıq verim. Mən 1981-ci ildə 9 yaşım olanda ailəmlə birlikdə Moskvada olanda, o zaman Bakıda, Qaxda və İlisuda bu filmin çəklişləri gedirdi. Bu filimdə Azərbaycanın səfiri Polad Bülbüloğlu, universitetdə mənim müəlliməm olan gözəl aktrisamız Həmidə Ömərova, Lev Durov və digər Azərbaycan və rus dahi aktyorları da bu filimdə çəkilmişlər.

- Əgər Natiq icra başçısı olsaydı, Eevlər idarəsinin rəisi kim olardı?

-Mən birinci növbədə məndən öncəki icra başçısından üzr istəyərdim. Çünki onu çıxarıb, məni qoyardılar (ürəkdən gülərək) və özümə təsəli verəcəm ki, mənim kimi biri gəlib iş yerimi əlimdən alacaq. O ki, qaldı əsl rəis və ətrafında olanlar ancaq savadlı, elimli, Allahdan qorxan, qanunlara riayət edən və öz millətini sevən insanları qoyardım. Başqa cür mümkün deyil, birinci peşəkar olmalıdır ki, öz işini düzgün apara bilsin.

Bu yaxınlarda Akif İslamzadə ilə bağlı bir müsahibə oxumuşam. Akif İsalzadədən soruşublar, Akif müəllim siz niyə oxumursuz? Allah səsinizi alsa da, dünyada tanınmış bir çox müğənnilər kimi bu tembirdə oxuya bilərsiniz. O bu suala maraqlı bir cavab verib. "Oxuyuram amma məni eşidən yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə